Nida.az
Azərbaycanda publik elmi müəssisələr fəaliyyət göstərəcək
Azərbaycanda təşkilati-hüquqi formasına görə, publik elmi müəssisə və təşkilatlar da fəaliyyət göstərəcək.
Milli Məclisdən verilən məlumata görə, bu məsələ “Elm haqqında” qanun layihəsinin təkmilləşdirilmiş yeni variantında qeyd edilib.
Layihəyə əsasən, Azərbaycanda mülkiyyət növünə görə dövlət, bələdiyyə və xüsusi elmi müəssisə və təşkilatları olacaq. Təşkilati-hüquqi formasına görə isə publik, kommersiya və qeyri-kommersiya elmi müəssisə və təşkilatları fəaliyyət göstərəcək.
Azərbaycanda dövlət və bələdiyyə elmi müəssisə və təşkilatları publik hüquqi şəxsdir.
Layihənin bundan əvvəlki variantına görə, təşkilati-hüquqi formasına görə yalnız kommersiya və qeyri-kommersiya elmi müəssisə və təşkilatların fəaliyyət göstərilməsi təklif edilirdi.
Layihədə qeyd edilir ki, dövlət kreditlər vermək, qrant ayırmaq və vergi güzəştləri tətbiq etməklə (kommersiya hüquqi şəxs kimi fəaliyyət göstərən elmi müəssisə və təşkilatlar istisna olmaqla) bütün elmi müəssisə və təşkilatların inkişafını təmin edir.
Xatırladaq ki, publik hüquqi şəxslər ümumdövlət və ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olur.
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO