Nida.az
“Rusiya ermənilərə silah verməklə...” – Sukakovdan ŞOK AÇIQLAMA
“Rusiya Ermənistana silahlar verməklə Azərbaycana
Qarabağla bağlı xəbərdarlıq edir”.
Publika.az xəbər verir ki, bu iddia ilə rusiyalı politoloq
Aleksandr Sukakov deyib.
O, bu xəbərdarlığın Türkiyə və NATO-ya da aid olduğunu
vurğulayıb.
“Silahların məhz indi verilməsi o deməkdir ki, Rusiya Qarabağda
hər-hansı hərəkətlənməyi qəbul etmir və hansısa kiçik addım neqativ
nəticələrə gətirib çıxara bilər. Türkiyə NATO üzvüdür. Ona görə də
Qarabağda gərginlik məsələsində NATO da ehtiyatlı davranır. Bu
baxımdan, Rusiyanın mesajı Azərbaycanla yanaşı, həm də
Türkiyəyədir”, - deyə o bildirib.
Qeyd edək ki, Rusiya Ermənistana 200 milyon kredit anlaşması
çərçivəsində “Smerç” reaktiv yaylım atəşi sistemləri və onun
sursatlarını, “İgla-S” zenit-raket sistemləri, yerüstü radiotexniki
kəşfiyyat kompleksi “Avtobaza-M”, “TOS-1A” ağır odpüskürənləri,
“9M113M” idarəolunan raketləri, “RPG-26” qumbaraatanları, Draqunov
snayper tüfəngi, “Tiqr” zirehli avtomobilləri, mühəndis və rabitə
vasitələri verir.
Asif
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB