Qarabağda mümkün Türkiyə-Rusiya müharibəsi
Bizi izləyin

Nida.az

Qarabağda mümkün Türkiyə-Rusiya müharibəsi

Rusiyanın birinci kanalında “Vladimir Solovyovla bazar axşamı” verilişində ekspertlər Türkiyə-Rusiya münasibətlərinin gərginləşməsi və bunun Dağlıq Qarabağ münaqişəsinə təsirini müzakirə ediblər.


Publika.az xəbər verir ki, beynəlxalq münasibətlər və ictimai diplomatiya mərkəzinin direktoru Vladimir Avatkov Türkiyənin Cənubi və Şimali Qafqaza doğru irəlilədiyini deyib. O iddia edir ki, Ankara Qafqazın hər iki hissəsində vəziyyətin qeyri-sabit olmasında maraqlıdır.


“Yaxın vaxtlarda Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Bakıya səfər edəcəkdi, lakin Ankara terroruna görə bu səfər təxirə salındı. Amma bütün hallarda Türkiyənin Qafqaza təsir imkanları qalmaqdadır”, - deyə o bildirib.


Milli Strategiya İnstitutunun rəhbəri Mixail Remizov hesab edir ki, Türkiyə-Rusiya müharibəsindən qaçmaq lazımdır: “Belə bir müharibə Rusiyaya hansısa “geosiyasi mükafat” gətirməyəcək. Həmçinin, belə bir müharibə təkcə Suriya ilə yekunlaşmayacaq və daha geniş əraziləri əhatə edəcək. Türkiyə-Rusiya müharibəsi baş verərsə, növbəti qarşıdurma ocağı Dağlıq Qarabağın olacağı dəqiqdir”.


Politoloqun fikrincə, Dağlıq Qarabağla yanaşı, Krımda da müharibə ola bilər.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm