Rusiya Azərbaycanın hesabına... – SİLAH TİCARƏTİ
Bizi izləyin

Nida.az

Rusiya Azərbaycanın hesabına... – SİLAH TİCARƏTİ

Stokholm Beynəlxalq Sülh Problemləri Tədqiqatı İnstitutu (SIPRI) dünya silah ticarət barədə növbəti hesabatını dərc edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, sənədə əsasən, 2011-2015-ci illərdə Avropaya Rusiya silahının ixracı əvvəlki beşillik dövrlə müqayisədə 264 faiz artıb.

Rusiya Azərbaycan hesabına...

Məlumata görə, 2004-cü ildən başlayaraq dünyada silah ticarətinin həcmi daim artıb və əvvəlki beşilliklə müqayisədə 2011-2015-ci illərdə 14 faiz artım olub. Hesabatdan göründüyü kimi, 2011-2015-ci illərdə Rusiya 50 ölkəyə silah çatdırıb. İxracat strukturunda regional olaraq Asiya və Okeaniya üstünlük təşkil edir. 2011-2015-ci illərdə bu regiona silah çatdırmaları 68 faiz olub. Afrikanın payı 11, Yaxın Şərqin payı 8,2 faiz, Avropanın payı isə 6,4 faiz təşkil edib. Avropaya silah satışı əsasən Azərbaycana hesabına artıb. Azərbaycan 2006-10-cu illərlə müqayisədə 2011-15-ci illərdə silah idxalını 217 faiz artırıb.

Hindistan (39 faiz) Rusiya müdafiə sənayesi məhsulunun əsas alıcısıdır. Çin və Vyetnam 11 faiz göstərici ilə ikinci və üçüncü yerləri bölüşdürürlər. Əvvəlki beşilliklə müqayisədə 2011-2015-ci illərdə Rusiyanın silah satışı 28 faiz artıb. Son beş il ərzində qlobal silah ticarətdə bu ölkənin payı 25 faiz təşkil edib. Eyni zamanda 2014-2015-ci illərdə satış həcmləri 2006-2010-ci illərin səviyyəyə qayıdıb, hətta bir qədər azalıb.

Hesabata görə, ABŞ və Rusiya silah satışında ən böyük ixracatçı olaraq qalır. Ümumilikdə, 2011-2015-ci illərdə ABŞ, Rusiya, Çin, Fransa və Almaniya ən böyük ixracatçılar olub. Bu ölkələrə dünya silah satışının 74 faizi düşür.

ABŞ qlobal silahla ticarətin lideri olaraq qalır. Qlobal dünya silah satışının 33 faizi ABŞ-ın payına düşür. Əvvəlki beşilliklə müqayisədə 2011-2015-ci illərdə ABŞ-ın silah satışı 27 faiz artıb.

Ən böyük idxalatçılar

Silahların 10 ən böyük idxalatçısından 6-sı Asiya və Okeaniyada yerləşir: Hindistan (14 faiz), Çin (4,7 faiz), Avstraliya (3,6 faiz), Pakistan (3,3 faiz), Vyetnam (2,9 faiz) və Cənubi Koreya (2,6 faiz). Vyetnam silah idxalını rekord səviyyədə (699 faiz) artırıb. Bütövlükdə Asiya və Okeaniya ölkələrinin silah idxalı 2011-2015-ci illərdə 26 faiz artıb. Qlobal silah idxalının 46 faizi Asiya və Okeaniya ölkələrinin payına düşür.

Afrikada 2006-2010-cu illərlə müqayisədə 2011-2015-ci illərdə silah idxalı 19 faiz artıb. Əlcəzair və Mərakeş ən böyük alıcılardır. Onların payına bütün Afrika idxalının 56 faizi düşür.

Avropa ölkələrinin silah idxalı 2006-10-cu illərlə müqayisədə 2011-15-ci illərdə 41 faiz azalıb. Hazırda qlobal silah idxalının 11 faizi bu regionun payına düşür.

Yaxın Şərq regionunda silah idxalı 61 faiz artıb. Səudiyyə Ərəbistanı 2011-2015-ci illərdə dünyanın silah idxalatçıları arasında ikinci yeri tutub. Əvvəlki beşilliklə müqayisədə Ər-Riyad 2011-2015-ci illərdə silah idxalını 275 faiz artırıb. Qonşu BƏƏ-də artım 35, Qətərdə 279, Misirdə 37, İraqda 83 faiz təşkil edib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm