Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada görüşəcəklər
Bizi izləyin

Nida.az

Azərbaycan və Ermənistan XİN rəhbərləri Moskvada görüşəcəklər

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan XİN rəhbəri Edvard Nalbandyan iki ölkənin prezidentlərinin yaxın gələckdə görüşünü hazırlamaq məqsədilə apreldə Moskvada görüşəcəklər. Bu barədə məlumat təşkilatın rəsmi saytında yerləşdirilib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan XİN rəhbəri Edvard Nalbandyan iki ölkənin prezidentlərinin yaxın gələckdə görüşünü hazırlamaq məqsədilə apreldə Moskvada görüşəcəklər. Bu barədə məlumat təşkilatın rəsmi saytında yerləşdirilib.

ATƏT-in Minsk qrupunun həmsədrləri səfir İqor Popov (Rusiya), Jak For (Fransa) və Ceyms Uorlik (ABŞ) martın 23-dən martın 24-dək Haaqada Azərbaycan prezidenti İlham Əliyevlə və Ermənistan prezidenti Serj Sarqsyanla görüşlər keçiriblər. ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi səfir Anjey Kasprşik həmçinin iclaslarda iştirak edib.

Həmsədrlər noyabrda yüksək səviyyədə görüşün gedişatında qaldırılmış məsələlər üzrə xarici işlər nazirləri ilə görülmüş işlər haqqında prezidentlərə məlumat veriblər.

Həmsədrlər sərhəddə və təmas xəttində zorakılığa yol verilməməsinin vacibliyini vurğulayıblar və tərəfləri regionda gərginliyi artıra biləcək təcavüzkar ritorikadan uzaq olmağa çağırıblar.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm