ABŞ səfiri: “Amerika öz öhdəliyinə sadiqdir”
Bizi izləyin

Nida.az

ABŞ səfiri: “Amerika öz öhdəliyinə sadiqdir”

“Bir il əvvəl Azərbaycana ABŞ-ın təyin olunmuş səfiri kimi prezident İlham Əliyevə öz etimadnaməmi təqdim etmək şərəfinə nail oldum. Təqdimatdan sonra Azərbaycan rəsmiləri ilə ilk keçirdiyim görüşlərdən birində mənə “biz dostuq yoxsa yox?” sualı veriləndə, dərhal “bəli” cavabı verdim”.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta bildirib.

Səfir qeyd edib ki, Birləşmiş Ştatlar həmişə Azərbaycanın davamlı sabitliyini və firavanlığını dəstəkləyib. Üstəlik amerikalılar Azərbaycanla davamlı və uzun müddətli münasibətlər arzusundadırlar və həmişə azərbaycanlıların yanındadırlar.

Sabit və firavan Azərbaycan istər terrorçuluğa qarşı mübarizə, istər mövcud ticarət və iqtisadiyyat dəhlizlərinin inkişafı və eyni zamanda yeni dəhlizlərin yaradılması, istərsə də qlobal enerji mənbələrinin və dəhlizlərinin sabitliyinin qorunması və diversifikasıyası kimi fəaliyyətlərdə bölgədə və dünyada sabitlik və firavanlığın əldə olunmasında önəmli rol oynayır. Qeyri-müəyyən bir zamanda sürətli dəyişikliklər dövrünü yaşayan bölgədə yerləşən və sabitliyilə seçilən Azərbaycanın rolu həmişəki kimi önəmlidir.

Sabitliyin və firavanlığın gücləndirilməsi ABŞ-ın Azərbaycanla olan münasibətlərinin vacib aspektlərindən biridir. Lakin son 25 ildə Azərbaycan dəyişdikcə, daha çox tərəqqi əldə etdikcə, və yeni çağırışlarla üzləşdikcə biz də öz yanaşmamızı dəyişirdik. İyirmi beş il öncə bizim yardımımız əsasən münaqişə içində olan Azərbaycana göstərdiyimiz humanitar yardımlardan ibarət idi. Bu gün isə biz azərbaycanlılarla birgə işləyərək qadın və gənclərin biznesdə uğur qazanmasına və ölkənin kənd təsərrüfatı və digər sahələrini inkişaf etdirərək iqtisadiyyatın diversifikasiyasına təkan vermələrinə kömək edirik.

“Biz Minsk Qrupu prosesi vasitəsilə işləmək və bütün qaçqın və məcburi köçkünlərə evlərinə qayıtmaq imkanı yaradan Dağlıq Qarabağ münaqişəsinin davamlı həllini əldə etmək öhdəliyinə də sadiq qalırıq. Dağlıq Qarabağ münaqısəsinin həlli həm Azərbaycanda həm də bölgədə firavanlıq və sabitliyin daha çox güclənməsinə təkan verəcək”, - səfir əlavə edib.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm