İrandan Ermənistana ZƏRBƏ: “Erməni soyqırımı” mifi necə süqut edir? - FOTOLAR
Bizi izləyin

Nida.az

İrandan Ermənistana ZƏRBƏ: “Erməni soyqırımı” mifi necə süqut edir? - FOTOLAR

İzmirdə Qondarma Erməni İddiaları ilə Mübarizə Dərnəyi tərəfindən uydurma “erməni soyqırımı” iddialarına həsr olunan beynəlxalq tədbirə ilk dəfə olaraq İran İslam Respublikası da rəsmi nümayəndə heyəti göndərib.

Publika.az-ın məlumatına görə, ilk dəfə Azərbaycanda təşkil olunan və digər dövlətlərdə də keçirilməsi planlaşdırılan “Qondarma erməni iddiaları, işğal və terror məsələsi” adlı beynəlxalq tədbirin ikincisi İzmirdə təşkil olunub.

İkigünlük tədbirdə ermənilərin türklərə, o cümlədən azərbaycanlılara qarşı törətdikləri soyqırım aktları, qətliam və işğalçılıq siyasətindən söhbət açılıb.

Tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Bolqarıstan, Tatarıstan, Əfqanıstan, Gürcüstanla yanaşı, ilk dəfə olaraq İrandan da rəsmi qonaqlar iştirak ediblər.

Tədbirdə çıxış edən İrandan olan nümayəndə heyətinin üzvləri bildiriblər ki, Qarabağ Azərbaycanın tarixi torpağıdır və Ermənistan işğal etdiyi bu əraziləri gec-tez tərk etməlidir: “Qarabağ probleminin həlli üçün İran da öz müsbət töhfəsini verə bilər. Bu istiqamətdə sizlərə dəstək verməyə hazırıq”.

Xatırladaq ki, İran İslam Respublikasının sabiq prezidenti Mahmud Əhmədi Nejadın hakimiyyəti dövründə bu ölkənin bir sıra yüksək rəsmi vəzifəli şəxsləri Ermənistanla yaxın dost ölkə olduqlarını və Osmanlı imperiyasının ermənilərə qarşı “soyqırımı aktı” törətdiklərini bəyan ediblər. Ancaq Həsən Ruhani prezident seçildikdən sonra İran-Ermənistan münasibətlərində Azərbaycan amilinin də nəzərə alındığı müşahidə olunur.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm