YAP-çı deputatdan nazirlərə sərt İTTİHAM: Heç biri...
Bizi izləyin

Nida.az

YAP-çı deputatdan nazirlərə sərt İTTİHAM: Heç biri...

Milli Məclisin bu gün keçirilən plenar iclasında Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, deputat Siyavuş Novruzov iqtisadi bloka daxil olan nazirlərin büdcə müzakirələrində iştirak etməməsini kəskin tənqid edib.

Publika.az xəbər verir ki, S.Novruzov iqtisadi bloku təmsil edən nazirlərdən hamısının iclasda iştirak etməməsindən şikayətlənib.

Bildirib ki, bütün millət Milli Məclisdə dövlət büdcəsinin müzakirəsini gözləyir: "Dövlət büdcəsi təkcə maliyyə naziri Samir Şərifovun və ya Mərkəzi Bankın sədri Elman Rüstəmovun deyil. İqtisadi bloka aid olan nazirlərinin heç biri iclasda iştirak etmir. Bəlkə, onlara kiminsə sualı var? Haradadır onlar? Gələn iclasda hökumətin hesabatı veriləcək. Amma büdcə olmadan bu hesabat nəyə lazımdır? Çünki büdcəyə görə hesabat verilir. Bu gün iqtisadi strukturlara daxil olan nazirlər və ya müavinləri iştirak etməlidir. Baş nazirin 6 müavini var. Nazirlər Kabinetindən bir nəfər yoxdur ki, sualımı cavablandırsın. Baş nazir yoxdur, lap yaxşı. Bəs 6 müavin haradadır? Onlardan, heç olmasa, biri iclasda iştirak edə bilərdimi? Edə bilərdi. Hesab edirəm ki, bu cür yanaşma tərzi ölkə başçısının ortaya qoyduğu məqsədlərin həyata keçməsi üçün düzgün yanaşma tərzi deyil. Bunları insan başa düşməlidir. Hər struktur rəhbəri deputatların suallarına şəxsən cavab verməlidir. Bir neçə nəfər bütün strukturların yerinə cavab verməli deyil. Milli Məclisə belə yanaşma tərzi olmaz”.

Parlamentin sədri Oqtay Əsədov isə deyib ki, bu iradlar onların diqqətinə çatdırılacaq: “Nazirlərin çoxu prezident İlham Əliyevin İrana səfəri çərçivəsində onu müşayiət edir. Nazirlər Kabineti ilə bağlı iradla isə razıyam".

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm