“Sarkisyan danışır, İlham Əliyev iş görür” – Prezidentin İran səfəri İrəvanı təşvişə salıb
Bizi izləyin

Nida.az

“Sarkisyan danışır, İlham Əliyev iş görür” – Prezidentin İran səfəri İrəvanı təşvişə salıb

Azərbaycan Prezidenti İlham Əliyev İranda rəsmi səfərdədir.


Publika.az xəbər verir ki, səfər zamanı bir sıra siyasi və iqtisadi məsələlərin müzakirəsi gözlənilir.


Azərbaycan liderinin İran səfərində diqqət çəkən məqamlardan biri də Ermənistanın qorxuya düşməsidir.


“1in.am” portalı yazır ki, Prezident İlham Əliyevin Tehrana rəsmi səfərə getməsi və Həsən Ruhani ilə üz-üzə görüşməsi iki amil üzrə Ermənistan üçün mənfi xarakter daşıyır.


“İran üzərindən sanksiyalar götürüldükdən sonra bu ölkə ilə iqtisadi əməkdaşlıq istiqamətində Azərbaycan-Ermənistan rəqabəti başlayıb. Lakin Bakı İrəvanı qabaqladı. Serj Sarkisyan İranla iqtisadi əməkdaşlıq planını öz kabinetində hökumətlə müzakirə edərkən İlham Əliyev Tehrana səfər etdi və onu qabaqladı. Bu, Azərbaycanın Ermənistanı geridə qoyması deməkdir”, - deyə erməni saytı yazır.


Portal həm də Dağlıq Qarabağ məsələsinə diqqət çəkir. Yazır ki, İran münaqişənin həllində yaxından iştirak etmək niyyətindədir: “Belə bir məqamda rəsmi Bakı ən yüksək səviyyədə üzbəüz təmas quraraq, İranın Ermənistana dəstəyini ən azından zəiflədə bilər. Bu, Dağlıq Qarabağ məsələsində Bakının Tehrandan dəstək almasını da təmin edə bilər. Sarkisyan düşünərkən, İlham Əliyev siyasətini yeridir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm