Deputatdan tərs SUAL: “447 milyona “JEK” saxlamağa nə ehtiyac var?”
Bizi izləyin

Nida.az

Deputatdan tərs SUAL: “447 milyona “JEK” saxlamağa nə ehtiyac var?”

“447 milyona mənzil kommunal təsərrüfatının saxlanılmasına nə ehtiyac var? Mənzillər özəlləşib, su, qaz, işıq və s. müstəqildir. Problem olanda başqa sahəyə yönəlir”.

Publika.az xəbər verir ki, bunu deputat Fəzail Ağamalı 2016-cı il büdcə layihəsinə dəyişikliklərin müzakirəsi zamanı deyib.

O qeyd edib ki, bu qədər vəsaitlə mənzil kommunal təsərrüfatrının saxlanılmasına ehtiyac yoxdur.

Deputat iqtisadi blokun gücləndirlmiş iş rejimində işlədiyini də diqqətə çatdırıb: “Biz neft amilini unutmalıyıq. Ənənəvi sənaye müəssisələrinin bərpasına ehtiyac var. Bu sahənin inkişafı üçün yetəri qədər xammal var. Kimya sənayesinə yeni baxış lazımdır.

Bundan başqa, kənd təsərrüfatının bütün sahələrini inkişaf etdirmək üçün onlara güzəştlər edilməlidir”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm