Qüdrət Həsənquliyev: “Təcili özəlləşdirmə prosesinə başlanılmalıdır”
Bizi izləyin

Nida.az

Qüdrət Həsənquliyev: “Təcili özəlləşdirmə prosesinə başlanılmalıdır”

“Ölkədə təcili özəlləşdirmə prosesinə başlanılmalıdır”.

Publika.az xəbər verir ki, bunu millət vəkili Qüdrət Həsənquliyev deyib.

O qeyd edib ki, büdcəyə özəlləşdirmədən cəmi 100 milyon manatın daxil olması nəzərdə tutulur. Bu da kiçik rəqəmdir: “İdman kompleksləri tikilib. Gələcəkdə onların saxlanması büdcədə öhdəlik yaradacaq. Bu müəssisələr indidən özəlləşdirilməlidir. Ali təhsil müəssisələrinin, regionlarda hava limanlarının özəlləşdirilməsi aparılmalıdır. Hava limanlarının özəlləşdirilməsi həm də hava yolu şirkətləri arasında rəqabət imkanlarını genişləndirər.

Bu gün sahibkarlar gözləmə mövqeyi tutublar. İdxal aparan sahibkarlar 36 faiz rüsumun azaldılmasını gözləyirlər. Çünki bu, onlar üçün yüksək rəqəmdir”.

Millət vəkili sahibkarlıq subyektlərinin kreditlərə çıxış imkanlarından da söz açıb. Bildirib ki, bu gün sahibkarlar kredit əldə edə bilmirlər: “Banklar kreditləri, demək olar ki, dollarla təqdim edirlər. Bu da növbəti devalvasiyanın baş verəcəyi ilə bağlı riskləri nəzərə aldıqda sahibkar üçün təhlükəlidir. Odur ki, dollarla kredit götürmür, gözləmə mövqeyində dururlar. Mən bilmirəm, baş verənlərdən iqtisadi inkişaf naziri Şahin müəllimin xəbəri varmı? İqtisadi İnkişaf Nazirliyi bir açıqlama verməlidir ki, hansı vəziyyət var və bundan çıxış yolları nədən ibarətdir. Əlbəttə, bu, sahibkarlıq atmosferinə müsbət təsir göstərər”.

Vitse-spiker Ziyafət Əsgərov isə deyib ki, Azərbaycanda iqtisadi böhran deyil, iqtisadi çətinliklər var: “Hökumətin də konsepsiyaları var və bu çətinliklərdən çıxacağımızı görəcəksiniz”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm