Prezidentin təklifi qəbul edildi: bu qanun yararsız sayıldı
Bizi izləyin

Nida.az

Prezidentin təklifi qəbul edildi: bu qanun yararsız sayıldı

Məlum olduğu kimi, Konstitusiyanın 110-cu maddəsinin I hissəsinə uyğun olaraq Prezident İlham Əliyev Milli Məclis tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş "Valyuta tənzimi haqqında Qanunda dəyişikliklər edilməsi barədə" Qanunu imzalamadan 2016-cı il fevralın 3-də Milli Məclisə geri qaytarıb.

Publika.az xəbər verir ki, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, parlamentin sədri Prezidentin qaytardığı Qanunu Milli Məclisin Daxili Nizamnaməsinin 21-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin rəyinə göndərib.

Komitə 2016-cı il fevralın 9-da keçirdiyi iclasda bu məsələyə baxaraq Qanunun məqsədəuyğun olmaması barədə Prezidentin təklifinin qəbul edilməsini Milli Məclisə təklif edib.

Yuxarıda şərh edilənlərə əsaslanaraq Milli Məclis Daxili Nizamnaməsinin 21-ci maddəsinin 2-ci hissəsini rəhbər tutub "Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası Qanununun məqsədəuyğun olmaması barədə Prezidentin təklifini qəbul etdi.

Xatırladaq ki, “Valyuta tənzimi haqqında Qanunda dəyişikliklər edilməsi barədə” Qanuna əsasən, bəzi kateqoriya şəxslər istisna olmaqla, rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər tərəfindən Azərbaycandan kənara xarici valyutanın köçürülməsi üçün əməliyyat məbləğinin 20 faizi miqdarında icbari yığımın tam məbləğdə dövlət büdcəsinə ödənilməsi tələb olunurdu.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm