• USD 1,7000 0,00% EUR 1,8757 -0,13%
    • GBP 2,1864 +0,38% RUB 0,0266 -0,38%

Əli Məsimli: “Sərt pul siyasəti islahatları ləngidə bilər"

  • Nida.az
  • 23 Fevral 2016 15:11
  • 721 Baxış
Əli Məsimli: “Sərt pul siyasəti islahatları ləngidə bilər"

Azərbaycanda "kölgə iqtisadiyyatı"nın vergiyə cəlb olunması nəticəsində dövlət büdcəsinə milyardlarla əlavə vəsait cəlb etmək mümkündür.

Publika.az xəbər verir ki, bunu millət vəkili Əli Məsimli 2016-cı ilin dövlət büdcəsinə dəyişikliklərin parlamentin bugünkü plenar iclasında müzakirəsi zamanı bildirib.

Millət vəkili deyib: “Büdcə elə qurulub ki, bu, struktuk dəyişikliyinə yardım edə bilər. 18,5 mlrd. manat az məbləğ deyil”.

Ə.Məsimli bildirib ki, Mərkəzi Bank inflyasiyanı səngitmək üçün sərt pul-kredit siyasəti həyata keçirir ki, bu da gələcəkdə qeyri-neft sektorunun inkişafını ləngidə bilər: "Sərtliyə varılması neftdənkənar sahələrin boğulmasına gətirib çıxara bilər. İxrac potensialının neftdənkənar sahələr hesabına artırılması istiqamətində addımları poza bilər. Nazirlər Kabinetini əlaqələndirmə funksiyalarını yerinə yetirməyə çağırıram. Sərt pul siyasəti islahatları ləngidə bilər".

İqtisadiyyat şöbəsi

Xəbər lenti

DAHA ÇOX XƏBƏR