• USD 1,7000 0,00% EUR 1,8823 -0,03%
    • GBP 2,1950 -0,31% RUB 0,0266 0,00%

Türkeş-Petrosyan danışıqlarının detalları: “Laçın koridoru” barədə ŞOK ANLAŞMA – FOTOLAR

  • Nida.az
  • 23 Fevral 2016 17:07
  • 5 624 Baxış
Türkeş-Petrosyan danışıqlarının detalları: “Laçın koridoru” barədə ŞOK ANLAŞMA – FOTOLAR

İstanbulun Esenyurt bələdiyyəsinin keçmiş sədri, CHP üzvü Gürbüz Çapanın 1995-ci ildə Ermənistana etdiyi səfər və İrəvanda o vaxtkı prezident Levon Ter-Petrosyanla keçirdiyi görüşün şok detalları açıqlanıb.

Publika.az-ın məlumatına görə, 1995-ci il iyulun 1-də İstanbulun Esenyurt bələdiyyəsinin o dövrdəki sədri Gürbüz Çapan Ermənistana səfər edərək, İrəvanda o vaxtkı prezident Levon Ter-Petrosyan ilə görüşüb. Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) üzvü olan Gürbüz Çapan həmin vaxtı Oral Çalışlar və Cengiz Çandarı da özü ilə Ermənistana aparıb.

Bu səfərin əsl məqsədi isə illər sonra Gürbüz Çapanın da adının keçdiyi “Ergenekon” məsələsi ilə bağlı verilən ifadələrdə üzə çıxıb. G.Çapan öz ifadəsində bildirib ki, 1995-ci ildə onun Ermənistana səfəri ABŞ-ın istəyi əsasında baş tutub. Onunla Ermənistana səfərə getmiş jurnalist-yazarlar Cengiz Çandar və Oral Çalışlar isə Türkiyənin Milli Təhlükəsizlik Təşkilatı (MİT) tərəfindən təlimatlandırılıbmış.

Bu görüş üçün sabiq bələdiyyə sədri Gürbüz Çapanın seçilməsinin iki səbəbi olub: Birincisi, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) qurucusu və ilk sədri olmuş Alparslan Türkeşin 1993-cü ildə başlatdığı məxfi görüşlərin davamı gəlmədiyi üçün bu görüşlər açıq-aşkar təşkil olunmasına başlanılıb. İkincisi isə ermənilərin qondarma “soyqırımı abidəsi”ndə Gürbüz Çapanın əmisinin fotosunun da yer almasıdır. Bu səbəblərdən də Türkiyə ilə Ermənistan arasında başladılan “xalq diplomatiyası”nın başında Gürbüz Çapanın dayanması daha inandırıcı hesab edilib.

Gürbüz Çapan məhkəmədə verdiyi ifadəsində o dövrdə baş verən hadisələri belə izah edib: “O zaman bu görüşləri rəhmətlik Alparslan Türkeş idarə edirdi. Gizli görüşlər effektini itirdiyi üçün, “xalq diplomatiyasına” başlanıldı. O zaman mənə dedilər ki, “xalq diplomatiyası”nı sən apara bilərsənmi? Mənə izah etdilər ki, bunun üçün ən yaxşı namizəd sənsən. Çünki İrəvandakı “soyqırımı abidəsi” mərkəzində sənin əminin də fotosu var. Bunu bizə amerikalılar təklif etdi, biz də müsbət cavab verdik. Daha sonra jurnalistlər Oral Çalışların və Cengiz Çandarın, Türkiyənin o zaman Londondakı səfirinin qızı Zeynep Atikanın da mənimlə getməsini söylədilər. Mənimlə səfərə gedən insanları həmin vaxtı MİT-in bölgə üzrə rəhbəri şəxsən seçmişdi. Ancaq sonrakı MİT rəhbəri nədənsə deyir ki, guya o adamlar öz istəkləri ilə Ermənistana gediblər və sairə. O dövrdə Ermənistana getməyin ən asan yolu bu idi. Biz başqa cür getsəydik, yəqin ki, ya həbs olunacaq, ya da təqib olunacaqdıq. Ancaq bu cür səfər etməklə bizi Ermənistanın hava limanında prezident Levon Ter-Petrosyanın mətbuat katibi qarşıladı, sonra isə prezident qəbul etdi. Rəsmi şəxslər üçün nəzərdə tutulan qonaq evində qaldıq. Prezident Levon Ter-Petrosyan türk dilində danışa bilirdi, bizimlə də bu dildə danışırdı”.

G.Çapan qeyd edib ki, o, Ermənistana səfəri zamanı qondarma “soyqırımı abidəsi”ni də ziyarət etməyə məcbur olub: “Ermənistana gedən zaman bizi qondarma “soyqırımı abidəsi”nə də apardılar. Biz Ermənistana səfərə gedəndə Türkiyənin prezidenti Süleyman Dəmirəl, baş naziri isə Tansu Çillər idi. Onların hər biri bizim səfərimizdən məlumatlı idilər. Hətta biz Ermənistandan Türkiyəyə Tiflis üzərindən geri qayıdandan sonra ermənilərin tələblərini də prezident Süleyman Dəmirələ çatdırdıq. Ancaq S.Dəmirəl bizə dedi ki, Azərbaycan bunu qəbul etməyənədək, bu, mümkün deyil. Prezident Süleyman Dəmirəl dedi ki, azərilər bizim qolumuzdur, qohumdurlar. Onların razılığı olmadan biz heç bir addım ata bilmərik. Mən Süleyman bəyə dedim ki, ermənilər bizdən sərhədlərin açılmasını istəyirlər. Hətta bizə dedilər ki, əgər Türkiyə sərhədləri açsa, Ermənistan “Laçın koridorunu” boşaltmağa hazırdır. Bizimlə görüşündə prezident Levon Ter-Petrosyan açıq şəkildə dedi ki, “Laçın koridoru” boşalırsa, bu, Ermənistan üçün də faydalı olardı. Yəni, Qarabağ probleminin həlli üçün danışıqlar aparmaq daha asan olar. Bu görüş tarixi əhəmiyyətə malikdir. İndi də bəzən Ermənistan ilə “xalq diplomatiyası” görüşləri cəhdləri olur. Ancaq bütün bunlar 1995-ci ildəki görüşdən qaynaqlanır”.

CHP üzvü vurğulayır ki, 1993-cü ildə Rusiyanın Ermənistana yardımları kəsilib və soyuq qış ayında ölkə çörəksiz qalıb: “O dövrdə Erməni Daşnak Partiyasının Fransa üzrə təmsilçisi Samson Özararat Avropadan Ermənistana göndərilən humanitar yardımları təşkil edən bir dərnəyin rəhbəri idi. S.Özararatın xahişi ilə Türkiyə Ermənistana 41 min ton buğda göndərdi. Ancaq iqtidarda olan Levon Ter-Petrosyan hakimiyyəti radikal erməni millətçilərinin təzyiqindən çox narahat olaraq çəkinirdi. Bununla əlaqədar olaraq S.Özararat Alparslan Türkeşlə Ankarada görüşür. Həmin görüş zamanı A.Türkeş deyir ki, 1915-ci il hadisələri 600 illik münasibətlərin qəzasıdır. Türkeş deyirdi ki, 1915-ci il hadisələrini xarici dövlətlər qabardaraq, türk-erməni münasibətlərini normallaşmağa imkan vermirlər. A.Türkeşin bu cür fikirlərindən sonra S.Özararat ondan xahiş edir ki, o, bu sözləri Ermənistan prezidentinə də şəxsən söyləsin. A.Türkeş isə bu xahişi qəbul edir”.

G.Çapan bildirir ki, A.Türkeş və L.Ter-Petrosyan 1993-cü il martın 13-də Parisin “Concorde meydanı”nda yerləşən “Crillon” otelində görüşürlər: “Həmin görüşə Türkiyə tərəfindən A.Türkeşlə birlikdə səfir Tanşuğ Bleda, səfirlik müşavirləri Menter Şahinler və Tuğrul Türkeş qatılıb. Ermənistan tərəfindən isə xarici işlər naziri Vahan Papazyan və Ermənistan Prezidentinin xarici məsələlər üzrə sözçüsü, tarixçi Gerard Libaridian qatılır. Görüş təqribən 2,5 saat davam edir. Görüşü təşkil edən Samson Özararat bildirir ki, Paris görüşü erməni-türk münasibətlərində dönüş yarada bilər”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR