Kremldən Qarabağ mesajı: “Uşaqlar, ehtiyatlı olun!”
Bizi izləyin

Nida.az

Kremldən Qarabağ mesajı: “Uşaqlar, ehtiyatlı olun!”

Rusiyanın Ermənistana yeni silahları verməsi haqda 200 milyonluq müqavilənin icrasına başlaması son günlər gündəmin əsas mövzusudur. Xüsusilə Türkiyə-Rusiya münasibətlərinin gərgin olduğu, Dağlıq Qarabağda vəziyyətin hər an partlamağa hazır olduğu dövrdə Moskkvanın bu addımı diqqət çəkir.

Publika.az
xəbər verir ki, rusiyalı politoloq Viktor Mizin Rusiyadan Ermənistana silah çatdırmalarının Azərbaycana və Türkiyəyə xəbərdarlıq olduğunu hesab edir: “Rusiya sadəcə “uşaqlar, ehtiyatlı olun!” xəbərdarlığını edir və gərginləşən vəziyyəti soyutmaq istəyir”.

Onun sözlərinə görə, Dağlıq Qarabağda vəziyyətin gərgin olduğu vaxtda Rusiyanın bu addımı açıq mesajdır: “Çünki Türkiyə rəsmiləri Rusiya ilə münasibətləri pisləşən kimi Azərbaycanda Qarabağ mesajı verdi. Bu Ermənistana və Rusiyaya yönəlmiş çağırış idi. İndi Rusiyanın silah çatdırılması ilə bağlı ötən il bağlanan müqaviləni indi yerinə yetirməsi və Ermənistana güclü silahları təqdim etməsi cavabdır”.

Qeyd edək ki, rusiyalı politoloq Aleksandr Sukakov da dünən bu məsələni şərh edərkən, “Rusiya Ermənistana silahlar verməklə Azərbaycana Qarabağla bağlı xəbərdarlıq edir” deyə bildirib.

“Silahların məhz indi verilməsi o deməkdir ki, Rusiya Qarabağda hər-hansı hərəkətlənməyi qəbul etmir və hansısa kiçik addım neqativ nəticələrə gətirib çıxara bilər. Türkiyə NATO üzvüdür. Ona görə də Qarabağda gərginlik məsələsində NATO da ehtiyatlı davranır. Bu baxımdan, Rusiyanın mesajı Azərbaycanla yanaşı, həm də Türkiyəyədir”, - deyə o bildirib.

Rusiyanın “Qazeta.ru” portalı da “Rusiya silahları niyə indi Ermənistana verdi?” sualı ilə çıxış edərək, diqqəti Rusiya-Türkiyə münasibətlərinə və Qarabağda gərginləşən vəziyyətə çəkib.

“Bu, Qarabağda başlaya biləcək mümkün müharibəyə hazırlıq addımıdır. Həmçinin, regionda marağı olan Türkiyə kimi güclərə bir mesajdır”, - deyə sayt qeyd edib.

Strategiya və texnologiyaların analizi mərkəzinin rəhbəri Ruslan Puxov portala açıqlamasında bildirib ki, Dağlıq Qarabağda müharibənin yenidən başlaması ehtimalı güclənib: “Cənubi Qafqazda son illər güc balansı Azərbaycanın xeyrinə dəyişib və bu, Bakının şərait yaranacağı təqdirdə itirdiyi əraziləri qaytarmaq üçün hərəkətə keçəcəyini şərtləndirir. Belə görünür ki, indi həmin şərait yaranıb və Qarabağda müharibə başlaya bilər”.

R. Puxov hesab edir ki, Rusiya Ermənistana yeni silahlar verməklə regionda güc balansını qorumaq niyyətindədir.

“Bu, həm də yeni Qarabağ müharibəsinin qarşısını almağa hesablanmış addımdır”, - deyə o vurğulayıb.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm