• USD 1,7000 0,00% EUR 1,8808 -0,11%
    • GBP 2,1958 -0,09% RUB 0,0267 +0,37%

İlham Əliyev Küveyt rəhbərliyini təbrik edib

  • Nida.az
  • 24 Fevral 2016 18:26
  • 517 Baxış
İlham Əliyev Küveyt rəhbərliyini təbrik edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Küveyt Dövlətinin Əmiri Əlahəzrət şeyx Sabah əl-Əhməd əl-Cabir əs-Sabaha təbrik məktubu göndərib.

Məktubda deyilir:

Əlahəzrət,

Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, ölkələrimiz və xalqlarımız arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost Küveyt xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Küveyt Dövləti Nazirlər Kabinetinin Sədri Əlahəzrət şeyx Cabir əl-Mübarək əl-Həməd əs-Sabaha məktub göndərib.

Məktubda deyilir:

Əlahəzrət,

Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq Azərbaycan ilə Küveyt arasındakı dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Küveyt xalqına daim sülh və rifah diləyirəm.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR