Baş nazirin müavini: “Rusiyanın Ermənistana silah satması sabitliyin pozulması cəhdidir”
Bizi izləyin

Nida.az

Baş nazirin müavini: “Rusiyanın Ermənistana silah satması sabitliyin pozulması cəhdidir”

Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi, baş nazirin müavini Əli Əhmədov Rusiyanın Ermənistana ağır hərbi texnika və silah satmasına münasibət bildirib.

Publika.az-ın məlumatına görə, Ə.Əhmədov jurnalistlərə açıqlamasında deyib ki, Rusiyanın Ermənistana silah satması ikili standart və bölgədə sabitliyin pozulmasına cəhddir.

Onun sözlərinə görə, bir çox beynəlxalq qurumların təcavüzkar dövlət olan Ermənistanın Azərbaycanın torpaqlarını işğal etməsini təsdiq etdiyi bir vaxtda, ona silah-sursatın satılması Cənubi Qafqazda sabitliyin pozulmasına, gərginliyin artmasına doğru əlavə addımlar atılması deməkdir: “Bəzi hallarda bu silahlar Ermənistana Rusiya tərəfindən çox ucuz qiymətə satılır. Əlbəttə ki, onların bu barədə həmişə bəhanələri olur. Ermənistanın Kollektiv Təhlükəsiz Müqaviləsi Təşkilatının (KTMT) üzvü olmasını bəhanə gətirirlər. Bəhanəni də həmişə tapmaq olar. Biz bunu pisləyirik. Biz bunu ikili standartların əsas forması sayırıq. Əgər belə bir hal davam edəcəksə, o zaman Cənubi Qafqazda sabitliyin yenidən bərpası üçün daha böyük səylər göstərilməsinə ehtiyac yaranacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm