Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub
Bizi izləyin

Nida.az

Azərbaycan və Rusiya prezidentləri arasında telefon danışığı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 25-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə telefonla zəng edib.

Söhbət zamanı dövlət başçıları Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edib, strateji tərəfdaşlıq səviyyəsində əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.

Prezident İlham Əliyev və Prezident Vladimir Putin iki ölkə arasında ticarət-iqtisadi əməkdaşlıq və beynəlxalq gündəliyə dair bir sıra aktual məsələləri müzakirə ediblər.

Dövlət başçıları Suriya probleminin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi apararaq, Suriyada hərbi əməliyyatların dayandırılması haqqında Rusiya Federasiyası və ABŞ-ın birgə bəyanatının həyata keçirilməsinin vacibliyini vurğulayıblar.

Telefon söhbəti zamanı təmasların davam etdirilməsi barədə razılıq əldə edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm