Əli Əhmədov: “Dünya dövlətləri Xocalı faciəsindən lazımi nəticələr çıxarmalıdır”
Bizi izləyin

Nida.az

Əli Əhmədov: “Dünya dövlətləri Xocalı faciəsindən lazımi nəticələr çıxarmalıdır”

“Azərbaycan xalqı Xocalıda qətlə yetirilmiş vətəndaşlarımızın xatirəsini həmişə uca tutub. Hər il Azərbaycanın müxtəlif qurumları, vətəndaşlarımız, gənclərimiz Xocalı faciəsi həqiqətlərinin dünyaya yaymaq istiqamətində böyük işlər görürlər və güman edirəm ki, görülən işlər öz töhfələrini verməlidir”.

Publika.az-ın məlumatına görə, bu sözləri Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini-icra katibi Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib.

Baş nazirin müavini deyib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət” kampaniyası çərçivəsində çox vacib işlər görülüb: “Bu kampaniyanın həyata keçirilməsində çox sayda gənclər iştirak edirlər. Elə bunun sayəsində Xocalı faciəsinin dünyada tanıdılması istiqamətində ciddi addımlar atılıb. Xocalı Azərbaycanın tarixində ən qanlı faciələrdən biridir. Təkcə Azərbaycan tarixində deyil, dünyada XX əsrin son onilliyində baş vermiş ən tükürpədici, qanlı faciələrdən biridir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, dünyada indiyə qədər bu faciəyə lazımi hüquqi və siyasi qiymət verilməyib. Bizim üzərimizə düşən başlıca vəzifə ondan ibarət olmalıdır ki, bu faciəyə bütün dünyada ən layiqli hüquqi və siyasi qiymətin verilməsinə nail ola bilək. Faciəni törədənlərin hüquq və qanun qarşısında cavab verməsini təmin edə bilək. Xüsusilə dözülməz haldır ki, bu faciənin törədilməsində birbaşa iştirak etmiş, qadınların, uşaqların, qocaların qanını tökmüş insanlar bu gün Ermənistanda hakimiyyətdədirlər”.

Ə.Əhmədov qeyd edib ki, dünyada terrorizmə və soyqırımlara qarşı çıxan dövlətlər, dövlət başçıları bir sıra hallarda Xocalı faciəsini törədən, Xocalıdakı insanların qanına əlini bulamış insanları nəvazişlə qəbul edirlər: “Bu, dünyadakı ikili standartların ən ifrat formasıdır. Nə qədər ki, bu ikili standartlar aradan qaldırılmayıb, nə qədər ki, bütün faciələrə, o cümlədən də Xocalı faciəsinə düzgün, ədalətli hüquqi və siyasi qiymət verilməsiyib, təbiidir ki, onda dünyada ədaləti, sülhü, əmin-amanlığı bərqərar etmək olmaz, yeni-yeni faciələrin qarşısını almaq mümkün deyil. Necə ki, bu gün bütün dünyada insanları lərzəyə salan faciələr baş verir. Xocalı faciəsi baş verəndə bu faciələr yox idi, ancaq ondan sonra Avropanı lərzəyə salan Balkan faciələri başladı, bu gün dünyanı lərzəyə salan Yaxın Şərq faciələri başladı. Əlbəttə ki, bir faciəyə layiqli qiymət verməyəndə, cinayəti törədənlər qanun qarşısında cavab verməyəndə təbii ki, növbəti faciələr baş verir. Biz bunu tarixdə də görmüşük. Dünya dövlətləri bu faciələrdən lazımı nəticələr çıxarmalıdırlar ki, növbəti dövrlərdə belə faciələr baş verməsin”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm