“Erməni yalanına işıq sal” - Polşada Xocalı aksiyası - FOTOLAR
Bizi izləyin

Nida.az

“Erməni yalanına işıq sal” - Polşada Xocalı aksiyası - FOTOLAR

Polşanın paytaxtı Varşavada "Erməni yalanına işıq sal!" adlı dinc aksiya keçirilib.

Publika.az Diasporla İş üzrə Dövlət Komitəsinə istinadən xəbər verir ki, Polşa Azərbaycanlı Gənclər Şurasının təşəbbüsü ilə təşkil olunan aksiya Varşavanın "Stare Miasto" adlı mərkəzi küçəsində baş tutub.

Aksiya iştirakçıları əllərində BMT və ATƏT kimi beynəlxalq təşkilatların emblemlerini əks etdirən plakatlar tutaraq bu qurumların 1992-ci ildə Xocalıda baş verən soyqırıma susmasına etirazlarını ifadə ediblər.

Azərbaycanlı gənclər Polşa xalqını və hökumətini bu qətliama susmamağa çağırıb, şəhər sakinlərini Xocalıda baş verən soyqırımla bağlı məlumatlandırıblar.

Xocalı soyqırımı haqqında Polşadakı səfirliyimiz tərəfindən hazırlanan bröşürlər şəhər əhalisinə paylanıb.

Azərbaycanlı Gənclər Şurasından bildirilib ki, azərbaycanlı tələbələr fevralın 25-də Vroslav şəhərində Xocalı soyqırımı ilə bağlı böyük yürüş keçirəcək.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm