Nida.az
Qarabağda müharibə başlayacaqdı: Ərdoğanın Bakı səfərinə kim mane oldu?
Rusiya mediasında Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın Bakı səfərinin təxirə salınması ilə bağlı yayılan xəbər Ankara terrorunun səfərin təxirə salınması üçün törədildiyi ehtimalını ortaya çıxarıb.
Publika.az xəbər verir ki, Rusiyanın “politcom”
saytı Ərdoğanın Bakıya bir çox əhəmiyyətli məsələ ilə gəldiyini
yazıb.
“Məlumatlar var ki, Ərdoğanın Bakı səfərindən sonra Dağlıq
Qarabağda anti-terror əməliyyatları başlayacaqdı. Bu, faktiki
Qarabağ müharibəsi demək idi. Ərdoğanın Bakıda müzakirə edəcəyi
əsas planlardan biri bu idi. Amma Ankara terrorunun onun səfərini
təxirə salması həm də Qarabağda mümkün müharibənin qarşısının
alınmasına xidmət etdi”, - deyə sayt qeyd edir.
Sayt məlumatı konkretləşdirməsə də, hesab etmək olar ki, Ankara
terrorunun arxasındakı qüvvələr məhz Ərdoğanın Bakıya gəlməməsi,
Dağlıq Qarabağın separatçılardan təmizləmə əməliyyatlarının
başlanmaması üçün bu addımı atıb. Bu həm də Azərbaycana verilən
mesaj olub. Bu fonda türkiyəli politoloq Ömür Çelikdönmezin “Ankara
terror Azərbaycana da mesaj idi” açıqlaması diqqət çəkir. (http://publika.az/p/126852).
“Politcom”un daha sonra yazdıqları da bu kimi ehtimalları
gücləndirir.
“Ərdoğanın Bakı səfərinin təxirə düşməsini artıq Azərbaycanda da
qəbul etdilər. Bakı Moskva və Ankara arasında seçim etmək addımının
daha böyük fəlakətlər doğura biləcəyini da anladı. Hansı ki
Türkiyənin Baş naziri Əhməd Davudoğlunun Rusiyanın Azərbaycana
təhlükə yaratdığı, Qarabağın Rusiyanın dəstəyi ilə Ermənistan
tərəfindən işğal edildiyi açıqlaması Moskvaya qarşı qəti hücum idi.
Güman ki, Ərdoğan da Bakıda məhz bu səpkili bəyanat verəcəkdi”, -
deyə məqalədə qeyd olunur.
Lakin sayt yazır ki, hər şey arxada qalmayıb və Qarabağda mümkün
müharibə istisna deyil.
Asif Nərimanlı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?