Nida.az
Rusiya XİN-i Ermənistanın silahlandırılmasına aydınlıq gətirdi
"Rusiya tərəfindən Ermənistana və dost Azərbaycana
istənilən silah tədarükü regionda sabit vəziyyətin saxlanılmasının
vacibliyi nəzərə alınmaqla dəqiq həyata keçirilir".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi
Mariya Zaxarova Trend-in Ermənistana silah satışı ilə bağlı
Azərbaycanın Rusiyaya nota verməsi barədə sorğusunu
cavablandırarkən deyib.
Onun sözlərinə görə, ümumilikdə Rusiya silah tədarükü
məsələlərində üzərinə götürdüyü beynəlxalq öhdəliklərə hər zaman
riayət edir, RF qanunvericiliyində möhkəmləndirilmiş milli ixrac
nəzarət sisteminin sərt çərçivələri üzrə hərəkət edir. Sonuncu
yekun istifadəçinin sertifikatının formalaşdırılmasını nəzərdə
tutur.
Ermənistan mətbuatının "Rusiya XİN Azərbaycanın notasını iki
suveren dövlətin işlərinə qarışmaq cəhdi hesab edirmi" sualına isə
M.Zaxarova mənfi cavab verib və əlavə edib ki, istənilən qonşu
ölkənin qanuni hüququ var ki, bir-birinə yaxın ölkələrin hansı
mövqedən çıxış etmələri barədə maraqlansın və hərbi-texniki
əməkdaşlıq məsələsi də şəffaf olmalıdır: "Buna görə də biz hər
zaman Azərbaycan tərəfinə diplomatik kanallar vasitəsilə bütün
zəruri məlumatları təqdim edirik".
Qeyd edək ki, Rusiya XİN-ə Azərbaycanın bu ölkəyə verdiyi notanın əsli hələ daxil olmayıb.
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama
-
Magazin117 Aprel 20:58
İş adamı Manaf Ağayevə ev bağışlayıb? - Özü danışdı
-
Nəqliyyat17 Aprel 19:40
Baş nazir elektrik mühərrikli avtomobillərlə bağlı iclas keçirdi - FOTO