
Avropa Komissiyasının energetika üzrə vitse-prezidenti
Maroş Şevçoviç Bakıya gəlir.
Publika.az Avropa Komissiyasının rəsmi saytına istinadən
xəbər verir ki, vitse-prezident fevralın 29-da Bakıda Cənub Qaz
Dəhlizi üzrə ikinci konsultativ iclasda iştirak edəcək.
Məlumata görə, M. Şevçoviç Bakıdan sonra martın 1-də Ukraynada
keçiriləcək energetika forumunda iştirak üçün Kiyevə gedəcək.
Qeyd edək ki, M. Şevçoviç Avropanın Rusiya qazından asılılığını
minimuma endirmək istiqamətində görülən bütün işlərdə yaxından
iştirak edib. Rusiya onu adətən düşmən gözündə görür.
Asif