ABŞ səfiri Xocalı şahidləri ilə görüşdü - FOTO
Bizi izləyin

Nida.az

ABŞ səfiri Xocalı şahidləri ilə görüşdü - FOTO

ABŞ səfiri Robert Sekuta Xocalı faciəsinin şahidləri ilə görüşüb.

Publika.az xəbər verir ki, soyqırımın şahidləri görüş zamanı səfirə şəxsi hekayələrini paylaşıblar.

Onlar acı təcrübələrinə baxmayaraq, Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə ümidvar olduğunu bildiriblər. Şahidlər münaqişə nəticəsində aldıqları dərin ağrıdan əziyyət çəkməkdə davam etdiklərini xatırladıblar.

ABŞ səfiri bildirib: “Biz də münaqişənin sülh yolu ilə həllinə üstünlük veririk. Qaçqın və məcburi köçkünlərə öz evlərinə qayıtmağa, icmaların yenidən qurulması və bütün region üçün sülh və sabitliyin bərqərar edilməsi üçün imkanlar yaradılmalıdır.

Biz keçmiş faciələri xatırlayaraq, belə halların heç vaxt yenidən baş verməməsini və hər kəsin layiq olduğu parlaq gələcəyə nail olması üçün çalışmalıyıq”.

Anar Tağıyev

Oxumağa davam et
Reklam
Reklam

Gündəm