Ziyafət Əsgərov: “Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanı narahat edir”
Bizi izləyin

Nida.az

Ziyafət Əsgərov: “Rusiyanın Ermənistanı silahlandırması Azərbaycanı narahat edir”

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov Rusiyanın Ermənistana 200 milyon dollar dəyərində silah-sursat satması faktına münasibət bildirib.

Publika.az-ın məlumatına görə, birinci vitse-spiker deyib ki, Rusiyanın bu addımı Ermənistanla Azərbaycan arasında gərgin olan vəziyyəti daha da çətinləşdirir:

“Təəssüf ki, Rusiyanın Ermənistana silah-sursat verməsi birinci hal deyil. Biz Xarici İşlər Nazirliyinin notasına cavab olaraq Rusiyanın bu barədə Azərbaycana obyektiv məlumat verməsini gözləyirik. Hər halda, Ermənistanın indiki vəziyyətdə silahlandırılması və bundan əvvəl də Ermənistana Rusiya tərəfindən silah verilməsi Azərbaycanı narahat edir. Biz bunu düzgün addım hesab etmirik. İşğalçı dövlət olan Ermənistanın silahlandırılması vəziyyəti daha da gərginləşdirir”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm