Moskvanın anti-türk PLANI: Ankara və Bakıya qarşı ikinci cəbhə
Bizi izləyin

Nida.az

Moskvanın anti-türk PLANI: Ankara və Bakıya qarşı ikinci cəbhə

“Ermənistanın köməyi ilə Türkiyə və Azərbaycana qarşı təzyiq imkanımız güclənəcək. Zəruri olarsa hətta ikinci cəbhəni də aça bilərik”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindəki mənbə “Gazeta.ru”ya açıqlamasında deyib.

Onun sözlərinə görə, Türkiyə ilə yaranmış gərginlik Rusiyanın Ermənistanı pulsuz silahlandırmasına da səbəb ola bilər: “Müharibəqabağı vəziyyət müttəfiqlər arasında yeni münasibətləri diktə edir. Görünür, Ankara ilə qarşıdurma gərginliyi daha da artıracaq. Hələlik, Rusiya ən yaxşı hərbi texnikalarından olan “Qasırğa” ilə Ermənistanın hərbi arsenalını gücləndirməyi planlaşdırır. Bu sistem Ermənistanda yoxdur, amma onun rəqibi Azərbaycan Ukraynadan onu alıb”.

“Gazeta.ru” yazır ki, Rusiyanın Ermənistanı silahlandırması Ermənistanın Cənubi Qafqazda və regionun ən qaynar nöqtəsi olan Dağlıq Qarabağ münaqişəsində mövqeyini gücləndirəcək.

“Bu, Türkiyə və Azərbaycanı narahat edən məsələdir”, - deyə sayt qeyd edib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm