Nümayəndə heyətinin tərkibi təsdiqləndi - SİYAHI
Bizi izləyin

Nida.az

Nümayəndə heyətinin tərkibi təsdiqləndi - SİYAHI

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 89-cu sessiyası çərçivəsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya dair Azərbaycan Respublikası Hökumətinin yeddinci, səkkizinci və doqquzuncu dövri məruzələrinə baxılması ilə əlaqədar Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətinin tərkibi barədə sərəncam imzalayıb.

Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Birləşmiş Millətlər Təşkilatının İrqi ayrı-seçkiliyin ləğv edilməsi üzrə Komitəsinin 2016-cı il aprelin 25-dən mayın 13-dək Cenevrə şəhərində keçiriləcək 89-cu sessiyası çərçivəsində İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyaya dair Azərbaycan Respublikası Hökumətinin yeddinci, səkkizinci və doqquzuncu dövri məruzələrinə baxılması ilə əlaqədar Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyəti aşağıdakı tərkibdə müəyyən edilsin:

Nümayəndə heyətinin rəhbəri

Xələf Xələfov - Azərbaycan Respublikası xarici işlər nazirinin müavini

Nümayəndə heyətinin üzvləri:

Oruc Zalov - Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Toğrul Musayev - Azərbaycan Respublikası ədliyyə nazirinin müavini

Sevda Məmmədəliyeva - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini

Firudin Qurbanov - Azərbaycan Respublikası təhsil nazirinin müavini

Namiq Əsgərov - Azərbaycan Respublikası Baş prokurorunun müavini.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm