
“Rusiya Cənubi Qafqaz regionunda təsirini saxlamaq üçün
Dağlıq Qarabağ münaqişəsindən istifadə edir”.
Publika.az xəbər verir ki, bu barədə NATO-nun Avropada Birləşdirilmiş Silahlı Qüvvələrinin komandanı, general Filipp Bridlav ABŞ Konqresində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, Rusiya beynəlxalq aləmdə lider mövqeyini
bərpa etmək üçün təsir zonasını genişləndirməyə davam edir: “Suriya
müharibəsində Moskvanın iştirakı problemi dərinləşdirdi”.
F. Bridlav qeyd edib ki, Rusiya Ermənistanı silahlandırmaqla
regionda sabitliyi pozur: “Bu siyasət Qafqazda sabitliyə nail
olmaqda ən böyük maneədir. Son iki ildə Azərbaycan-Ermənistan
sərhədində və təmas xəttində gərginlik xeyli dərəcədə kəskinləşib.
1994-cü ildə əldə olunan atəşkəsdən sonra 2015-ci il münaqişə
tarixinin ən dəhşətli dövrü olub”.
NATO komandanı vurğulayıb ki, Rusiya Qarabağ və digər
dondurulmuş münaqişələrdən istifadə edərək, bu problemlərin
yaşandığı regionları öz təsirində saxlamağa çalışır.
“Rusiya təzyiq göstərir, manipulyasiya edir, ən yaxın
qonşunlarına hücum edərək ərazi bütövlüyünü pozur. Rusiya
beynəlxalq hüquqa riayət etmək istəmir”, - deyə o bildirib.
Asif