Amerikalı qubernator: “Dünya Xocalı soyqırımını unutmamalıdır”
Bizi izləyin

Nida.az

Amerikalı qubernator: “Dünya Xocalı soyqırımını unutmamalıdır”

ABŞ-ın Corciya ştatının qubernatoru Netan Dil bəyanat imzalayaraq Xocalı qətliamını növbəti dəfə kəskin şəkildə pisləyib.

Publika.az xəbər verir ki, bu, Corciya qubernatorunun Xocalı faciəsi ilə bağlı artıq ikinci bəyanatıdır. Birinci bəyanat 2015-ci ildə imzalanıb.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğuna daxil olmuş bəyanatda qubernator N.Dil Xocalı qətliamının 24-cü ildönümü ilə əlaqədar bu qətliamın qurbanlarını yad edən geniş ictimaiyyətə qoşulduğunu elan edir və bununla bağlı öz dərin kədərini bildirir.

Bəyanatda vurğulanır ki, Azərbaycan xalqı 1992-ci ildə 600 nəfərdən çox mülki əhalinin ölümü ilə nəticələnmiş amansız bir qətliama məruz qalıb.

Həmçinin, qeyd olunur ki, belə dəhşətli zorakılıqların bir daha təkrarlanmaması üçün bu kimi hadisələrin unudulmaması, eləcə də, qətliam qurbanlarının ehtiramla yad olunması önəm daşıyır.

Eyni zamanda, qubernator Corciya ştatı sakinlərinin və digər ictimaiyyət nümayəndələrinin Xocalı dəhşətləri barədə daha ətraflı məlumatlandırılması üçün səylərin davam etdiriləcəyindən ümidvar olduğunu vurğulayır.

Qubernator N.Dil sənədin sonunda bildirir ki, dünya Xocalı soyqırımını unutmamalıdır: “Qoy tarix səhifələrinə bir daha belə faciələr qara ləkə kimi düşməsin!”

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm