Nida.az
İqtidar-müxalifət dialoqu yenidən gündəmdə: tərəflər hazırdır
“Növbəti iqtidar-müxalifət dialoqunun keçirilməsi gündəmdədir”.
Bu barədə Publika.az-a açıqlamasında Yeni
Azərbaycan Partiyasının (YAP) Siyasi Təhlil və Proqnozlaşdırma
şöbəsinin müdiri, deputat Aydın Mirzəzadə deyib.
YAP rəsmisi qeyd edib ki, iqtidar dialoqun keçirilməsi üçün
əlverişli vaxt gözləyir: “Uyğun bir vaxtda müxalifət-iqtidar
dialoqu baş tutacaq”.
A. Mirzəzadə iqtidarın dialoq tərəfdarı olduğunu da diqqətə
çatdırıb.
“Prinsip etibarilə iqtidar həmişə dialoqun təşəbbüskarı olub. Bu
dəfə də eyni təşəbbüslə çıxış edəcək. Dialoq məsələsi dəqiqləşəndən
sonra bu barədə ətraflı məlumat veriləcək”, - deyə YAP-ın şöbə
müdiri vurğulayıb.
İqtidar-müxalifət dialoqunun iştirakçılarından olan Klassik Xalq
Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu da
Publika.az-a açıqlamasında növbəti dialoqun baş
tutmasını istədiklərini deyib.
“Dialoqun baş tutması iqtidardan asılıdır. Biz istənilən vaxt
dialoqa hazırıq. Əgər dəvət olsa, bunu qəbul edərik. Lakin təşəbbüs
iqtidardan gəlməlidir”.
Növbəti dialoqda müzakirə mövzularının nələr olacağına gəlincə, həm
müxalifət, həm də iqtidar nümayəndəsi bildirib ki, bu barədə dialoq
dəqiqləşdikdən sonra danışmaq mümkündür.
Qeyd edək ki, 2014-cü ildən başlayaraq, indiyə kimi iqtidarla
müxalifət arasında bir neçə dəfə dialoq baş tutub. Dialoqda BAXCP,
BQP, DİP, ADP, KXCP, VİP, VHP, AMİP, MDHP, BAP, ALDP, Vəhdət, Ümid
və Azadlıq partiyaları iştirak edib. Son iki ildə baş tutan
dialoqlarda nə Müsavat, nə də AXCP iştirak etməyib.
Asif Nərimanlı
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO
-
Kriminal4 May 19:55
Azərbaycanda həkim güllələnərək öldürüldü - TƏFƏRRÜAT/YENİLƏNDİ
-
Magazin14 May 19:12
Orxan Lökbatanlı SÖZ VERDİ: "Rəşad Dağlı azad olunanda..." - VİDEO
-
Elm və təhsil4 May 18:50
Misir Mərdanov nazir olanda hansı qohumlarına vəzifə verib? - Özü DANIŞDI / VİDEO