• USD 1,7000 0,00% EUR 2,0562 +0,22%
    • GBP 2,3125 +0,30% RUB 0,0230 -0,43%

Bu gün Qarabağ məsələsi BMT Təhlükəsizlik Şurasına çıxarıla bilər

  • Nida.az
  • 29 Fevral 2016 14:22
  • 569 Baxış
Bu gün Qarabağ məsələsi BMT Təhlükəsizlik Şurasına çıxarıla bilər

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bu gün BMT Təhlükəsizlik Şurasında hesabat məruzəsi ilə çıxış edəcək.


Publika.az xarici mediaya istinadən xəbər verir ki, Ştaynmayer ATƏT-lə BMT arasında əməkdaşlıq haqda danışacaq.


Gözləntilərə görə, ATƏT-in hazırkı sədri post-sovet məkanında mövcud münaqişələrdən də danışacaq. Belə ki, o, Donetsk, Dnestryanı, Cənubi Osetiya və Abxaziya, eləcə də Dağlıq Qarabağ münaqişəsini gündəmə gətirəcək.


Qeyd edək ki, F. Ştaynmayer fevralın 16-da xarici mediaya müsahibəsində Dağlıq Qarabağda gərginliyin artmasından narahat olduqlarını dilə gətirmişdi. (http://publika.az/p/125850).


Asif

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR