AŞPA sədri QHT və media rəhbərləri ilə görüşdü – FOTOLAR
Bizi izləyin

Nida.az

AŞPA sədri QHT və media rəhbərləri ilə görüşdü – FOTOLAR

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti Pedro Aqramunt Azərbaycanda rəsmi səfərdədir.

Publika.az xəbər verir ki, martın 1-dək davam edəcək səfər zamanı P.Aqramunt Azərbaycanın rəsmi dövlət adamları ilə görüşlər keçirəcək. Görüşlərdə əsasən AŞPA ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə ediləcək.

Qeyd edək ki, AŞPA prezidenti bu gün Azərbaycanın bir qrup vətəndaş cəmiyyəti və KİV rəhbərləri ilə görüşüb. Görüşdə tanınmış jurnalist-yazıçı Elçin Şıxlı, “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev, “Yeni Müsavat” qəzetinin şef-redaktoru Azər Ayxan, İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun rəhbəri Səidə Qocamanlı, hüquq müdafiəçisi, Dilarə Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri Novella Cəfəroğlu və digərləri iştirak edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm