“İlham Əliyev Sarkisyanı məğlub edir” - “Foreign Affairs”
Bizi izləyin

Nida.az

“İlham Əliyev Sarkisyanı məğlub edir” - “Foreign Affairs”

“Azərbaycan və Ermənistan arasında İran bazarı uğrunda mübarizə qızışır”.


Publika.az xəbər verir ki, bu barədə “The Foreign Affairs” nəşri yazıb.


Nəşr qeyd edir ki, İrana qarşı sanksiyalar region ölkələrinin indiyə qədər Tehranla iqtisadi əlaqələr qurmasında böyük əngəl olub: “Sanksiyalar götürüldükdən sonra İran region ölkələri üçün yeni bazar olaraq meydana çıxdı. Tehran Cənubi Qafqazın hər üç ölkəsi – Azərbaycan, Gürcüstan və Ermənistanla danışıqlara başladı. Bu daha çox enerji məsələləri ilə bağlıdır. Hansı ki, İran qazının əldə edilməsi və Avropaya çıxışı üçün rəqabət güclənib”.


Nəşr əlavə edir ki. Sanksiyalardan xilas olan İran Cənubi Qafqaz ölkələrinin iqtisadi inkişafında əsas arteriya ola bilər.


“Region ölkələri bunu anlayır. Azərbaycan Prezidenti İlham Əliyevin İrana səfəri də məhz bu məqsəd daşıyırdı. Burada diqqət çəkən məqam İlham Əliyevin Ermənistan prezidenti Serj Sarkisyanı qabaqlamısıdır. Erməni ekspertlər, həmçinin, opponentləri buna görə Sarkisyan hökumətini günahlandırır”, - deyə məqalədə bildirilir.


“The Foreign Affairs” İranın öz qazını Avropa bazarına çıxarmaq üçün TANAP layihəsi ilə maraqlandığını da yazıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm