"Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının birgə bəyannaməsi imzalandı
Bizi izləyin

Nida.az

"Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının birgə bəyannaməsi imzalandı

Fevralın 29-da Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının ikinci iclasının iştirakçıları yığıncağın yekunları üzrə birgə bəyannamə imzalayıblar.

Bəyannamədə Avropa bazarlarının Azərbaycanın enerji daşıyıcıları ilə etibarlı, təhlükəsiz və davamlı şəkildə təminatı məqsədilə enerji resurslarının istehsalçıları, tranzit ölkələr və istehlakçılar arasında uzunmüddətli strateji münasibətlərin inkişafı və dərinləşdirilməsi məramı vurğulanır. “Cənib Qaz Dəhlizi” (CQD) Məşvərət Şurasının 2015-ci il fevralın 12-də keçirilmiş birinci iclasından ötən müddət ərzində CQD layihəsinin icrası istiqamətində əldə edilmiş nailiyyətlər yüksək qiymətləndirilir. Əldə olunmuş nəticələrin “Cənib Qaz Dəhlizi” layihəsinin vaxtında və uğurla icrasına şərait yaratmaqla strateji hədəflərə çatmağa xidmət edəcəyi bildirilir.

Bundan başqa “Cənib Qaz Dəhlizi” layihəsinin yerinə yetirilməsi üzrə bütün hüquqi prosedurların və tənzimləyici tədbirlərin müvafiq ölkələr tərəfindən yerinə yetirilməsi təqdir edilir. Layihənin Avropa İttifaqı sərhədlərindən kənar bazarlara, o cümlədən Balkanlara doğru genişləndirilməsi məqsədilə mövcud və prespektiv imkanların qiymətləndiriləcəyi qeyd edilir. Bu məqsədlə Yunanıstan-Bolqarıstan interkonnektor qaz kəməri və “İon-Adriatik” qaz kəməri layihəsinə xüsusi maraq göstərildiyi bildirilir.

Bunula yanaşı, CQD çərçivəsində layihələrin maliyyələşdirilməsi üçün milli və Avropa maliyyə institutları ilə gələcək əməkdaşlıq və effektiv mexanizmlərin möhkəmləndirilməsi dəstəklənir. Bildirilir ki, Avropa Komissiyasının dəstəyi ilə “Cənub Qaz Dəhlizi” layihəsinin həyata keçirilməsi məsələlərini həll etmək üçün strateji enerji tərəfdaşlığının inkişafı məqsədilə enerji birliyinin baza strategiyasından ən yaxşı şəkildə istifadə edilməlidir.

CQD-nin imkanlarının artırılması üçün yeni təchizatçı, yaxud tranzit ölkələrin cəlbi ilə əlaqədar yarana biləcək məsələlərin həlli məqsədilə ikitərəfli və çoxtərəfli işçi qrupları səviyyəsində məsləhətləşmələr formatının davam etdirilməsi niyyəti bildirilir.

“Cənib Qaz Dəhlizi”nə əlavə təchizatçıların qoşulması və qaz həcmlərinin artırılması ilə layihənin imkanlarının maksimum şəkildə istifadə olunması üçün səylərin artırılması yekdiliklə bəyan edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm