“Rusiya Cənubi Qafqaza girməyə hazırlaşır” - Şok iddia
Bizi izləyin

Nida.az

“Rusiya Cənubi Qafqaza girməyə hazırlaşır” - Şok iddia

“Rusiya Azərbaycana girməyə hazırlaşır”- Şok iddia


“Rusiya Azərbaycana girməyə hazırlaşır. Dağıstanda rus ordusunun təlimlərə başlaması göstərir ki, Kremlin belə planları var. Çünki Rusiyanın Dağıstanda hərəkətlənməsində başqa hədəfi ola bilməz. Hədəf Azərbaycandır”.

Bu barədə politoloq Hikmət Hacızadə Publika.Az -a açıqlamasında Rusiyadan Azərbaycana qarşı ola biləcək təhlükələri şərh edərkən deyib.

Hazırda Rusiya təhlükəsinin böyük olduğunu deyən politoloq bildirib ki, Azərbaycan hər şeyə hazır olmalıdır. Onun sözlərinə görə, təhlükə təkcə Azərbaycan yox, həmçinin bütün post-sovet respublikalarına var.
H. Hacızadə hesab edir ki, Rusiya Azərbaycana hərbi müdaxilə etsə bunu iki istiqamətdən həyata keçirəcək: “Şimal zonası və Qarabağdan. Lakin bununla yanaşı Azərbaycanın daxilində iğtişaş törədib bura desant da göndərə bilər və əsaslandırar ki, orda camaatı qırırlar, mən müdafiə etməyə gəlmişəm. Dövlət Dumasındakı sonuncu qanun dəyişikliyindən sonra bu realdır.

Politoloq əlavə edib ki, Moskvanın Cənubi Qafqazda iki hədəfi var.“Bu hədəflər Gürcüstan və Azərbaycandır. əgər Gürcüstanı tutsalar bu, Azərbaycana, Azərbaycanı tutsalar, Gürcüstana təsir edəcək. Burda bilavasitə əlaqə var”-deyə o vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm