• USD 1,7000 0,00% EUR 1,8828 +0,03%
    • GBP 2,1978 +0,13% RUB 0,0266 0,00%

Prezidentdən Dövlət Gömrük Komitəsi ilə bağlı vacib FƏRMAN

  • Nida.az
  • 29 Fevral 2016 18:04
  • 1 199 Baxış
Prezidentdən Dövlət Gömrük Komitəsi ilə bağlı vacib FƏRMAN

Azərbaycan Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi əməkdaşlarının sosial müdafiəsinin gücləndirilməsi, gömrük işi sahəsində prosedurların sadələşdirilməsi və şəffaflığın artırılması ilə əlaqədar bəzi tədbirlər haqqında” 25 fevral 2011-ci il tarixli 388 nömrəli Fərmanında dəyişiklik edib.

Dəyişikliyə görə, gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 50 faizi Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının və mülki işçilərinin aylıq vəzifə maaşlarına əlavənin verilməsi üçün istifadə olunacaq.

Qeyd edək ki, bu dəyişikliyə qədər gömrük sisteminin büdcədənkənar inkişaf fonduna daxil olan vəsaitin 25 faizi bu məqsədlə istifadə olunurdu.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinə müvafiq qanunların bu fərmana uyğunlaşdırılması ilə bağlı tapşırıq verilib. Fərman martın 1-dən qüvvəyə minir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR