Nida.az
Dünyanı vahiməyə salan gələcək: Bakı və Ankaranın artan gücü - TƏHLİL

“Mən İstanbula getməyəcəm”. Yəqin ki, çoxlarımız, xüsusilə siyasi düşərgədə olanlar söhbətin nədən getdiyini anladı.
Türkiyə-Ermənistan sərhədlərinin açılması məsələsi gündəmə gələndə Bakı qəti şəkildə buna qarşı çıxmışdı. Lakin başda ABŞ başda olmaqla Qərb bu layihəni – Ermənistanı Rusiyadan qoparmaq ssenarisini dəstəkləyirdi. Hansı ki, layihənin bir ucu da Azərbaycana toxunur, Dağlıq Qarabağ məsələsində Bakıya hansısa güzəştlər etmək çağırışı edilirdi. Həmin ərəfədə İstanbula gələn ABŞ prezidenti Barak Obama bu məsələni Prezident İlham Əliyevlə müzakirə etmək niyyətində idi. Lakin Azərbaycan prezidenti prinsipial şəkildə İstanbula getməkdən imtina etdi. Heç bir güzəştdən söhbət gedə bilməzdi.
“Mən Ankaraya gedəcəm”, bu dəfə Prezident İlham Əliyev Türkiyə torpaqlarına baş çəkərək, eyni prinsipiallığı davam etdirdi.
Ərdoğan ötən ayın 18-də Bakıya gələcəkdi. Səfər proqramı
razılaşdırılmış, hər şey hazırlanmışdı. Amma nəzərdə tutulan
tarixdən bir gün öncə Ankarada terror aktı törədildi və türk
liderin səfəri təxirə salındı. Gözləmək olardı. Ən azından, bu
terrorla müəyyən mesaj vermək istəyən qüvvələrin məqsədini anlamaq
üçün.
Və təxminən bir ay sonra, martın 15-də Ərdoğanın baş tutmayan səfəri gerçəkləşəcəkdi. Yenə terror aktı, yenə eyni ssenari və səfər təxirə düşdü.
Amma bu dəfə “Mən Ankaraya gedəcəm” deyən Prezident İlham Əliyev
Türkiyəyə səfər etdi. Bu, Azərbaycanın qardaş Türkiyənin yanında
olması ilə yanaşı, həm də müəyyən dairələrə verilən mesaj oldu:
a) Azərbaycan-Türkiyə qardaşlığını heç nə əngəlləyə
bilməz.
b) Azərbaycan Türkiyənin pis və yaxşı günündə həmişə
yanındadır.
c) İki ölkənin və bir millətin milli maraqları heç nəyə qurban verilməyəcək, bu yolda heç bir qüvvənin qarşısından geri çəkilməyəcək.
Ərdoğanın səfərinə əngəllər törədilməsi ilə bağlı səslənən
iddialar da Türkiyə-Azərbaycan maraqlarına qarşı qüvvələrin
olduğuna dair təsəvvürlər yaratdı.
Ən diqqət çəkən iddia isə türkiyəli yazar Taha Dağlının idi.
“Türkiyə ilə Azərbaycan arasındakı əlaqələr, xüsusilə də
Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi beynəlxalq gücləri
narahat edir. TANAP Türkiyə üçün nə qədər əhəmiyyətli bir
layihədirsə, Qərb üçün də bir o qədər cansıxıcıdır. Qərbin canını
sıxan isə Türkiyənin TANAP-dakı payıdır. Bakı-Tiflis-Ceyhan neft
boru kəməri layihəsində 11 ortaq var idi. Türkiyənin payı isə
yalnız 6,5 faiz idi. Baxmayaraq ki, kəmərin böyük hissəsi
Türkiyədən keçirdi. Neftin sahibi olan Azərbaycanın payı isə 25
faiz idi. O layihədə ABŞ-ın 3 ayrı şirkəti 14 faizlə qazanc sahibi
olduğu halda, digər qazananlar fransızlar, italyanlar və yaponlar
oldu. Bakı-Tiflis-Ceyhanda 6,5 faiz olan Türkiyənin payı TANAP-da
30 faizdir. Yəni, ingilislərin Bakı-Tiflis-Ceyhan layihəsindən
təkbaşına əldə etdikləri payı indi Türkiyə TANAP-dan alıb.
İngiltərənin BP şirkəti isə 12 faiz paya sahibdir. Türkiyədə baş
verən son hadisələrin arxasında da məhz enerji sahəsində əldə
olunan uğurlarla bağlı qısqanclıq dayanır. Gəzi Parkı hadisələri
baş verdi, ardınca 17 dekabr əməliyyatı gəldi. İngilislər TANAP-a,
amerikalılar isə Şimali İraq neftinin ixracına şiddətlə qarşı
çıxırlar”, - deyə iddiada bildirilir. (http://publika.az/p/129243).
Xüsusi diqqət çəkən bu iddiadan çıxış etsək, deməli Ankara
terrorunu həyata keçirənlərlə və Ərdoğanın Bakı səfərini
istəməyənlər, daha doğrusu, Azərbaycan-Türkiyə ittifaqını
zəiflətməyə çalışanların eyni mərkəzə bağlı olduğunu deyə
bilərik.
“Xərçəngə” bənzəyən bu qüvvələr görünür qurduqları böyük oyunda
Azərbaycan liderinin atacağı addımı, edəcəyi siyasi manevri
hesablaya bilməyib.
Prezident İlham Əliyev Ankaraya səfəri ilə bu oyunları alt-üst
etdi. Ankaranın özündən mesaj verdi ki, Azərbaycan Türkiyənin
yanındadır və bu həmişə belə olaraq qalacaq.
“Biz bu terroru şiddətlə qınayırıq. Türk xalqının
yanındayıq. Bizim birliyimiz əbədidir. Yaxşı gündə də, pis gündə də
bir-birimizin yanındayıq”, - deyə Prezident İlham Əliyev
Bakı-Ankara qardaşlığından narahat olanlara Ankaradan siyasi dillə
lazım olan sözləri bəyan etdi.
Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan da Azərbaycanın pis gün dostu olduğunu xüsusi vurğulandı. Həmçinin, Bakı üçün həyati əhəmiyyət kəsb edən Dağlıq Qarabağ məsələsində Azərbaycanın yanında olduğunu aydın şəkildə ifadə etdi.
Səfərin zamanı iki qardaş ölkəni daha sıx birləşdirəcək
müqavilələr imzalandı. İkitərəfli ticarət dövriyyəsinin 20 milyard
dolların üstünə çıxarılması, Cənub Qaz Dəhlizi layihəsinin davam
etdirilməsi, hərbi-texniki əməkdaşlığın daha artırılması və bir
sıra əhəmiyyətli məsələlərdə razılıqlar əldə olundu.
Bu səfərin protokol hissəsi idi. Lakin iki qardaş ölkənin
liderlərinin bağlı qapılar arxasında müzakirə etdiyi məsələləri də
müəyyən mənada təxmin etmək mümkündür.
1. Dağlıq Qarabağ məsələsi.
Rusiya-Türkiyə böhranının ardınca ən çox müzakirə olunan məsələ
Qarabağda gərginliyin artmasıdır. Təbii ki, Azərbaycan öz ərazi
bütövlüyünün bərpası üçün bütün siyasi və qeyri-siyasi addımlara
hazırdır. Lakin hesab etmək olar ki, regionda gərgin vəziyyətin
olduğu bir vaxtda, Qarabağda müharibənin başlaması hələlik heç kimə
sərf etmir. Yəni faktiki olaraq meydan diplomatiyanın
ixtiyarındadır.
Digər tərəfdən, Rusiyanın Ermənistanı regionda gücləndirilməsi
Azərbaycanın maraqlarına ziddir. Ermənistanda Rusiyanın güclənməsi
isə Türkiyə sərhədlərinə, dolayısı ilə NATO sərhədlərinə təhlükə
yaradır. Görünür, qarışıq situasiyada iki türk lider saatlarını
yenidən yoxlayıb.
2. Enerji məsələsi.
2012-ci ildə Azərbaycan və Türkiyə TANAP layihəsi ilə bağlı razılığa gəldi. Beləliklə Cənub Qaz Dəhlizi layihəsinin əsası qoyuldu. Hansı ki, bu layihə Avropanın qaz bazarı uğrunda aparılan müharibədə Bakı və Ankaranın üstünlük əldə etməsini təmin edəcək. Bununla yanaşı, hər iki ölkə bu layihədən həm iqtisadi, həm də siyasi divident qazanacaq. Layihəyə əngəl törətmək istəyən qüvvələrin olduğu məlumdur. Prezident İlham Əliyev də bir neçə dəfə Cənub Qaz Dəhlizi layihəsinin sonuncu hissəsi olan TAP-a süni əngəllərin yaradıldığını bildirib. Hesab etmək olar ki, iki türk lider birbaşa təmasda bu məsələləri və buna qarşı atılacaq addımları yenidən gözdən keçiriblər.
3. Nəqliyyat dəhlizi.
Yeni əsrdə nəqliyyat dəhlizlərinin ön plana çıxdığı aydın
görünür. Əslində tarix boyu nəqliyyat mərkəzləri uğrunda mübarizə
davam edib. Bu baxımdan, yenidən ön plana çıxan bu amil uğrunda
mübarizənin qızışacağı qaçılmazdır. Azərbaycan və Türkiyənin
hazırda Şərq-Qərb nəqliyyat dəhlizi “pazlında” əsas parçalardan
olmaları onları bu mübarizədə daha ayıq olmağa məcbur edir.
“Şərq-Qərb” nəqliyyat dəhlizi: TRASEKA
(Trans-Europe-Caucasus-Asia) proqramı Böyük İpək yolunun əsrlər
sonra yenidən canlanmasını, Avropa, Qafqaz və Orta Asiyanı, eləcə
də uzaq Şərqi, yəni Çini də özündə birləşdirən
nəqliyyat-kommunikasiya sistemini özündə birləşdirir. Azərbaycan
liderinin bu yaxınlarda Çinə səfər etməsi, həmçinin, Şərqə doğru
siyasi açılımlarının əsasında bu amil xüsusi paya sahibdir. Uzaq
Şərqdən başlayan bu dəhliz Azərbaycandan keçməklə Türkiyə üzərindən
Avropaya çıxır. Və hər iki ölkənin gələcəyinə yatırılan mühüm
kapital hesab oluna bilər. Çünki nəqliyyat dəhlizində tranzit
olaraq rol almaq mühüm iqtisadi, eləcə də siyasi divident deməkdir.
Bu baxımdan, Ərdoğan-Əliyev görüşündə perspektivə hesablanmış bu
layihələrin masaya yatırıldığını demək mümkündür.
Dünyanın Azərbaycan və Türkiyə qorxusu
Azərbaycan və Türkiyə: Türk dünyasının və
regionun iki gücündən qorxuya düşənlərin olduğu aydın olur.
Xüsusilə iki gücün enerji və nəqliyyat xəritəsində söz sahibi
olması gələcəkdə bölgəyə kimin hakim olacağının açıq nişanəsidir.
Burada ABŞ kəşfiyyatının “kölgəsi” hesab olunan “Stratfor” beyin
mərkəzinin rəhbəri Corc Fridmanın 2015-ci ildəki etirafı yada
düşür.
Ankara və Bakının güclü bir ittifaq qurduqlarını və yaxın
gələcəkdə bu güclərin böyük söz sahibinə çevriləcəyini etiraf edən
C. Fridman dünyanın Azərbaycan və Türkiyə qorxusunu belə
anlatmışdı: “Türkiyə Orta Şərqi, Orta Asiyanı və Balkanları
ələ alaraq böyük bir gücə çevriləcək. Paytaxt Ankaradan İstanbula
köçürüləcək. Aralıq və Qara dəniz türk gölünə çevriləcək. Neo
Osmanlı nəzəriyyəsi gerçəkləşəcək və Türkiyə Osmanlı imperiyasına
yenidən hökm edə biləcək. Artıq bu prosesin izlərini görə bilirik.
Türkiyə İslam coğrafiyasında getdikcə digər ölkələr üzərində təsir
imkanlarını genişləndirir. Balkanlarla da öz təsirlərini artırır.
Qafqazda Azərbaycan və Gürcüstanla güclü bir ittifaq
qurdu”. (http://publika.az/p/103438).
Bu, ABŞ kəşfiyyatının leqal üzü hesab olunan bir fikir adamının
açıq etirafıdır və bu etirafda Bakı-Ankara qardaşlığına mane olmaq
istəyənlərin məqsədi aydın şəkildə görünür. Lakin Azərbaycan
liderinin gözlənilməz manevri və Ankara səfəri bu qardaşlığın
pozulmaz olduğunu bir daha nümayiş etdirdi.
Asif Nərimanlı

-
Avropa13:16
Şolz: Ukrayna münaqişəsi bizi hələ uzun müddət narahat edəcək
-
Magazin111:50
Azərbaycanda tanınmış aparıcının pulunu belə ələ keçirmək istədilər - VİDEO
-
Magazin111:02
"Hansı kişi qadın paltarı geyinib səhnəyə çıxsa..." - Fərda
-
Magazin110:22
"Səs Azərbaycan"ın qalibi məlum oldu - FOTO
-
İdman09:31
"Qızıl top" uğrunda QIZĞIN MÜBARİZƏ: lider kimdir?
-
Magazin109:13
Mələkxanımın qızı bu telekanalda işə başladı - FOTO
-
Magazin208:13
Tanınmış pop qrupunun yaradıcısı İTKİN DÜŞDÜ - FOTO
-
Magazin105:45
Məşhur aktrisa qəfil AZTV-dən ayrıldı - SƏBƏB