Rasim Musabəyov: “ABŞ İlham Əliyevi qəbul edir, Sarkisyana fikir verən yoxdur”
Bizi izləyin

Nida.az

Rasim Musabəyov: “ABŞ İlham Əliyevi qəbul edir, Sarkisyana fikir verən yoxdur”

“Prezident İlham Əliyev ABŞ siyasətçiləri ilə intensiv görüşlər keçirməyəndə, Ermənistan KİV-ləri, həmçinin, bəzi müxalifətçilər boşboğazlıq edərək, guya Vaşinqtonun Bakını qəbul etmədiyi kimi sərsəm iddialar ortaya atırdılar. Halbuki, bunun reallığa heç bir aidiyyəti yoxdur. Çox maraqlıdır ki, indi nə onların, nə də Ermənistan KİV-nin səsi çıxmır”.

Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov Prezident İlham Əliyevin ABŞ-a səfərini şərh edərkən deyib.

Onun sözlərinə görə, Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak edən Prezident İlham Əliyevin Barak Obama, Con Kerri, müxtəlif rəsmilər, həmçinin, konqresmenlər, nüfuzlu siyasətçilərlə görüşdü: “Hazırda bu görüşlər davam edir. Bu, Azərbaycana verilən mühüm qiymətdir, həmçinin, ABŞ-Azərbaycan münasibətlərinin daha intensiv mərhələyə keçməsinə şərait yaradan proseslərdir”.

R. Musayəbov Vaşinqtonda səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyana heç kimin fikir vermədiyinə diqqət çəkib.

“Onun səfəri ilə bağlı Ermənistan mediası da susur. Yalnız martın 30-da universitetdə oxuduğu mühazirə haqda qısa məlumat var”, - deyə o bildirib.

Politoloq hesab edir ki, ABŞ-dakı erməni lobbisi Serj Sarkisyanın hansısa qəzetə müsahibə verməyini təmin etməyə çalışacaqlar: “Əks təqdirdə, ABŞ-da olan Azərbaycan və Ermənistan prezidentlərinin səfəri arasında ziddiyyət daha böyük olacaq”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm