Karasin: “Nazirlər Bakıda neft məsələlərini müzakirə edə bilər”
Bizi izləyin

Nida.az

Karasin: “Nazirlər Bakıda neft məsələlərini müzakirə edə bilər”

“Azərbaycan, Rusiya və İran xarici işlər nazirləri Bakıda keçiriləcək üçtərəfli görüşdə neft sektorunda koordinasiya məsələsini müzakirə edə bilər”.

Publika.az “RİA Novosti”yı istinadən xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

Onun sözlərinə görə, nazirlər bütün məsələlər ətrafında müzakirələr apara bilərlər.

“Üç nazir bir araya gəlirsə, orada müzakirəsi qadağan olan mövzu ola bilməz. Nazirlər maraqlı olan bütün məsələləri müzakirə edə bilərlər”, - deyə Sergey Lavrovun müavini diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan, Rusiya və İranın xarici işlər nazirlərinin üçtərəfli görüşü aprelin 7-də Bakıda keçiriləcək.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm