Razi Nurullayevin partiyası da parçalanır: BÖYÜK İTTİHAM
Bizi izləyin

Nida.az

Razi Nurullayevin partiyası da parçalanır: BÖYÜK İTTİHAM

Razi Nurullayevin rəhbərlik etdiyi AXCP-nin Nərimanov rayon şöbəsinin NTK sədri və iki məclis üzvü istefa verib.

Bu barədə Publika.az-a istefa verən NTK sədri Səbuhi Fərzəliyev məlumat verib.

S.Fərzəliyev deyib ki, məclis üzvləri Teymur Məmiyev və Tural Orucovun da iştirakı ilə istefa ərizəsi yazıblar.

“Mən Səbuhi Fərzəliyev 7 ildir AXCP Nərimanov rayon şöbəsinin məclis üzvü olmuşam. Fəaliyyət göstərdiyim dövrdə icazəli və icazəsiz mitinqlərdə aktivlik göstərmişəm. Sonra rəhbərliklə aramızda olan narazılıqlar, fikir ayrılığı nəticəsində Razi Nurullayevin yaratdığı AXCP-nin daha real olduğunu hesab edib ora qatılmışam. Özümlə bərabər Teymur Məmiyev və Tural Orucovu da Razi Nurullayevin yaratdığı təşkilatın Nərimanov şöbəsinə aparmışam. Hazırda mən həmin təşkilatın – Razi Nurullayevin AXCP-nin Nərimanov rayon Nəzarət Təftiş Komissiyasının (NTK) sədriyəm. Yuxarıda adlarını çəkdiyim şəxslər də həmin şöbənin məclis üzvləridir. Son zamanlar Razi Nurullayev və onun ətrafında olanların heç biri nə Vətən, nə də xalq üçün bir iş görür. Əksinə, onların öz şəxsi büdcələrini zənginləşdirməklə məşğul olduqlarını gördük. Odur ki, hər üçümüz belə uğursuz bir qurumda qalmağı özümüzə təhqir hesab edir və bu qurumdan istefa veririk. Bundan sonra fəaliyyətimizi Ağaşirin Tarverdioğlunun təşəbbüs qrupunun sədri olduğu yeni yaradılan “Azad Azərbaycan Naminə” qurumunda davam etdirəcəyik”, - deyə istefa ərizəsində bildirilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm