Minsk Qrupu toplanır - VYANADA (YENİLƏNİB)
Bizi izləyin

Nida.az

Minsk Qrupu toplanır - VYANADA (YENİLƏNİB)

ATƏT-in Minsk qrupunun həmsədrləri aprelin 4-də Vyanada görüşəcəklər.

Publika.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Twitter hesabında yazıb.

O bildirib ki, vasitəçilər təmas xəttindəki vəziyyəti müzakirə edəcəklər.

Aprelin 5-də isə həmsədrlər ATƏT-in Minsk qrupunun ümumi iclasında iştirak edəcəklər.

***

ATƏT-in Minsk qrupu gələn həftə Vyanada növbəti görüş keçirəcək.

Publika.az RİA Novosti-yə istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskin gərginləşməsi müzakirə ediləcək:

"Ermənistan-Azərbaycan münaqişəsində təmas xəttində davam edən gərginlik və ATƏT-in tənzimlənməyə kömək üzrə rolu nəzərə alınmaqla gələn həftə Vyanada aparılacaq mütəmadi məsləhətləşmələr çərçivəsində Dağlıq Qarabağ üzrə üç həmsədr (ABŞ, Rusiya, Fransa) bir araya gələcək".

***

Rusiya ATƏT-in Minsk qrupundakı müttəfiqləri ilə Dağlıq Qarabağ problem üzrə məsləhətləşmələrə başlayıb.

Publika.az-ın məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O, tərəfləri təmkinli olmağa, hər hansı zorakılıqdan dərhal imtina etməyə çağırıb: "Rusiya ATƏT-in Minsk qrupunun tərəfdaş həmsədrləri ilə məsləhətləşmələrə başlayıb. Hadisələrin inkişafını izləyirik".

Qeyd edək ki, erməni silahlı bölmələrinin bu gecə cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini pozması nəticəsində cəbhədə vəziyyət daha da gərginləşib.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm