Düşmən böyük itki verdi: Sarkisyan təcili ölkəsinə qayıdır
Bizi izləyin

Nida.az

Düşmən böyük itki verdi: Sarkisyan təcili ölkəsinə qayıdır

ABŞ-da səfərdə olan Ermənistan prezidenti Serj Sarkisyan təcili olaraq ölkəsinə qayıdır.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, cəbhə xəttində düşmən tərəfinin itkiləri ilə bağlı məlumat alan Sarkisyan ölkəsinə dönmək qərarı verib.

“Yaxın saatlarda prezidentin təyyarəsi İrəvana enəcək”, - deyə rəsmi məlumatda deyilir.

Qeyd edək ki, aprelin 2-nə keçən gecə erməni hərbi birləşmələri Azərbaycan mövqelərinə qarşı təxribatçı hücumlar edib. Azərbaycan Ordusu düşmən təxribatının qarşısı alaraq, düşmənə sərt cavab verib. Nəticədə düşmən tərəfi böyük itkilər verib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm