“Müharibə istəmirsinizə, 5 rayonu qaytarın” – Rusiyadan Ermənistana çağırış
Bizi izləyin

Nida.az

“Müharibə istəmirsinizə, 5 rayonu qaytarın” – Rusiyadan Ermənistana çağırış

“Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət kəskinləşdi. Bu onu göstərir ki, Ermənistan və Azərbaycan arasında genişmiqyaslı müharibə hər an başlaya bilər”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, cəbhədəki vəziyyət münaqişənin “dondurulmuş” olmadığını sübut edir.

“Beynəlxalq vasitəçilər, xüsusilə Rusiya münaqişənin sabitləşdirilməsi üçün böyük səy göstərməlidir”, - deyə o bildirib.

S.Markov vəziyyətin sakitləşdirilməsi və münaqişənin həlli üçün təkliflə çıxış edib: “Ermənistan işğal olunmuş Qarabağ ətrafındakı 7 rayondan 5-ni Azərbaycana qaytarmalıdır. Bundan sonra danışıqlar davam etdirilməlidir. Rayonlar qaytarıldıqdan sonra, Türkiyə Ermənistanla sərhədləri açmalı və iqtisadi münasibətlər yenilənməlidir”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm