Ermənistan KİV-i: İşğal olunmuş ərazilərdəki ermənilər qaçır
Bizi izləyin

Nida.az

Ermənistan KİV-i: İşğal olunmuş ərazilərdəki ermənilər qaçır

Cəbhə xəttində artan gərginlik Azərbaycanın işğal olunmuş ərazilərinə yerləşdirilən ermənilərin qaçması ilə nəticələnib.

Publika.az Ermənistan KV-nə istinadən xəbər verir ki, bölgədə yaşayan sakinlər kütləvi şəkildə evlərini tərk edirlər.

“EAdaily” saytı Tərtərin işğal altında olan hissəsində yaşayan sakinlərdən birinə istinadən yazır ki, ermənilər baş verənlərdən qorxaraq ərazini tərk edir.

Ermənistan rəsmiləri bunu təkzib etsə də, sayt informasiyanın doğru olduğunu yazıb.

“Ermənistan ordusunun itkiləri böyükdür. Rəsmi məlumatda bu göstərilməsə də, ordudakı mənbəmiz itkilərin 50-dən çox olduğunu deyir”, - deyə sayt qeyd edib.

Qeyd edək ki, Tərtərdən seçilən millət vəkili Sahib Əliyev də düşmənin mövqelərini qoyub qaçdığını deyir.

O, “facebook” səhifəsində bu haqda yazır: “Ermənilər təşviş içindədir. Bunun üçün onların sosial şəbəkələrdə nələr paylaşdıqlarını izləmək bəs edir ki, vəziyyətin nə yerdə olduğunu tam da olmasa, müəyyən dərəcədə biləsən. Orada rəsmi qurumlar və şəxslər Azərbaycanın yaydığı xəbərləri verməməyə, cəbhədəki itkiləri ilə bağlı yazılara qorxulu başlıqlar qoymamağa çağırırlar. Nə qədər texnika və canlı qüvvə itirdiklərini gizlədirlər. İtkiləri böyükdür. Mövqeləri qoyub qaçıblar. Ən azından havadarlarının təcili hərəkətə keçmələri göstərir ki, işğal alətinin, işğalçı yox, bəli, məhz işğal alətinin burunu bu dəfə yaman əzilib. Şokdadırlar”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm