Təhlükəsizlik komitəsinin üzvü: “Qarabağ qaytarılmayana qədər...”
Bizi izləyin

Nida.az

Təhlükəsizlik komitəsinin üzvü: “Qarabağ qaytarılmayana qədər...”

“ATƏT-in Minsk qrupu gələn həftə Avstriyanın paytaxtı Vyana şəhərində görüş keçirdəcək. Görüşdə Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyətin gərginləşməsi müzakirə olunacaqdır. Gözlənilir ki, həmişəki kimi bu dəfə də görüşdən sonra həmsədrlər bəyanat verərək tərəfləri sülhə çağıracaq və növbəti görüşü üçün regiona səfər edəcəklər. Ancaq nə bəyanat, nə də tip diplomatik səylər problemi həll edə bilməyəcəkdir”.

Publika.az xəbər verir ki, bu barədə təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, məsələnin kökündə prezidentlərin neçə dəfə və harada görüşməsi deyil, problemi yaradan səbəbin öz adı ilə adlandırılması və onun aradan qaldırılması durur: “Ermənistan işğalçı adlandırılmadığından və ondan beynəlxalq hüquq normalarına hörmət etmək tələb edilmədiyindən problem hələ də həll edilməmiş qalır. Həmsədrlərin məsələyə ikili yanaşması, Azərbaycanın ərazi bütövlüyün təmin edilməməsi gərginliyin qalmasının əsas səbəbidir. Başqa buna oxşar situasiyada operativlik göstərən qüvvələr, indi Ermənistanının özbaşınalığına dözür, ona qrantlar ayırır və gərginliyin on illiklərlə uzanmasına şərait yaradırlar”.

Milli Məclisin deputatı qeyd edib ki, ATƏT-in Minsk qrupu Ermənistanı işğalçı adlandırmayana, ondan işğal edilmiş Azərbaycan ərazilərindən qoşunlarını çıxarmağı tələb etməyənə və məcburi köçkünlər öz dədə-baba torpaqlarına qayıtmayana qədər Dağlıq Qarabağ problemin beynəlxalq siyasətin ağrılı problemlərindən biri olaraq qalacaqdır: “Nəticədə isə sülh təmin edilməyəcək və həmsədrlərin növbəti Vyana görüşlərinin sonu olmayacaqdır”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm