ATƏT sədri cəbhə xəttindəki gərginliklə bağlı bəyanat verdi
Bizi izləyin

Nida.az

ATƏT sədri cəbhə xəttindəki gərginliklə bağlı bəyanat verdi

ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer cəbhə xəttində baş vermiş son hadisələrlə bağlı bəyanat verib.

Publika.az xəbər verir ki, ATƏT-in rəsmi saytında yerləşdirilmiş bəyanatda F.-V. Ştaynmayer qoşunların təmas xəttində gərginliyin artmasından və mülki əhali də daxil olmaqla insan itkisindən böyük narahatlıq keçirdiyini ifadə edib: “Mən tərəfləri döyüş əməliyyatlarını dərhal dayandırmağa və atəşkəs rejiminə tam şəkildə əməl etməyə çağırıram”.

ATƏT-in fəaliyyətdə olan sədrinin sözlərinə görə, bu münaqişə hərbi yolla həll edilə bilməz: “Tərəflər indi Minsk qrupu çərçivəsində danışıqlara geri dönmək üçün siyasi iradə nümayiş etdirməlidirlər. Bu işdə həmsədrləri tam dəstəkləyirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm