"BMT TŞ-dan təcili iclas çağırılmasını tələb etməliyik"
Bizi izləyin

Nida.az

"BMT TŞ-dan təcili iclas çağırılmasını tələb etməliyik"

"Milli Ordumuzun Qəhrəman əsgərlərinin işğalçı orduya sarsıdıcı zərbə endirərək torpaqlarımızın kiçik bir parçasını işğaldan azad etməsi Ermənistanda böyük vahimə yaratmış, onun havadarlarını təşvişə salmışdır."

Publika.az-ın məlumatına görə, bunu BAXCP-nin sədri, millət vəkili Qüdrət Həsənquliyev partiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

"Hazırda Azərbaycan Ermənistanın havadarlarının təzyiqindən çəkinməməli düşməni danışıqlar masasında daha konstruktiv mövqe tutmağa məcbur etməlidir. Azərbaycan bir daha bəyan etməlidir ki, torpaqlarının bundan sonra da işğal altında qalması ilə barışmayacaq. Azərbaycan BMT TŞ-nın təcili iclasının çağırılmasını və orada BMT TŞ-nın işğal olunmuş ərazilərimizin qeyd şərtsiz azad olunmasına dair qətnamələrinin icrasını tələb etməlidir. Mən torpaqlarımızın azadlığı uğrunda həlak olmuş şəhidlərimizə allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə baş sağlığı verir, səbr diləyirəm."

Oxumağa davam et
Reklam
Reklam

Gündəm