Türkiyə XİN-i Qarabağdakı vəziyyətlə bağlı bəyanat yaydı
Bizi izləyin

Nida.az

Türkiyə XİN-i Qarabağdakı vəziyyətlə bağlı bəyanat yaydı

Türkiyənin Xarici İşlər Nazirliyi aprelin 2-də Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş verən gərginliklə bağlı bəyanat yayıb.

Publika.az-ın məlumtına görə, XİN-in bəyanatında bildirilir ki, yaranmış gərginliyə səbəb Ermənistanın Azərbaycan torpaqlarının beşdə birini işğal altında saxlaması, təcavüzkar mövqeyindən əl çəkməməsidir. Diqqətə çatdırılır ki, təcavüzkar Ermənistan BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal altındakı ərazilərinin azad edilməsi ilə bağlı məlum qətnamələrini yerinə yetirməlidir.

Vurğulanır ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyə problemin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində, ədalətli həllinin tapılması istiqamətindəki səylərini bundan sonra da davam etdirəcək.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın dövlət başçısı İlham Əliyevlə, həmçinin bu ölkənin xarici işlər və müdafiə nazirləri azərbaycanlı həmkarları ilə telefonla danışaraq şəhidlərə rəhmət diləyib, xalqımız və dövlətimizlə həmrəyliklərini ifadə ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm