Britaniyalı deputat: Ermənistanın təcavüzünə son qoyulmalıdır
Bizi izləyin

Nida.az

Britaniyalı deputat: Ermənistanın təcavüzünə son qoyulmalıdır

BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi icra edilməli və Ermənistanın təcavüzünə son qoyulmalıdır.

AZƏRTAC xəbər verir ki, bu fikri Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Lord Kilkuni Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərginləşməsi ilə əlaqədar verdiyi açıqlamada deyib.

Britaniyalı deputat bildirib: “Mən dəfələrlə demişəm ki, ATƏT-in Minsk qrupu Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının Ermənistanın işğalından azad olunması məsələsini həll edə bilməyib. BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var ki, onlar Ermənistandan Azərbaycanın işğal olunmuş ərazilərindən çıxmağı tələb edir. Bu qətnamələrin tələblərinə məhəl qoyulmayıb. Bunun nəticəsində Ermənistan tərəfindən cəbhə xəttində ciddi gərginlik yaradılıb və təxribat baş verib. Bu, 1994-cü ildə atəşkəs elan edildikdən sonra baş verən ən böyük zorakılıq halı kimi qiymətləndirilməlidir. Biz bu qətnamələrin icrasına nail olmalı və təcavüzü dayandırmalıyıq”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm