Nida.az
Fransalı senator: Azərbaycan ərazisinin işğal altında qalmasını qəbul edə bilməz
Fransa Senatındakı Fransa-Qafqaz dostluq qrupunun prezidenti, senator Andre Reixardt Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində düşmən tərəfindən atəşkəsin pozulması ilə əlaqədar bəyanatla çıxış edib.
Bəyanatda deyilir: “Aydındır ki, Ermənistan və Azərbaycan arasında olan münaqişə heç də dondurulmuş deyil. Mövcud status-kvo qəbuledilməzdir. Biz tezliklə həll yolu tapmalıyıq. ATƏT-in Minsk qrupu heç bir səmərə verməyən “addım-addım” strategiyasından imtina etməli və hərəkətə keçməlidir. Azərbaycan özünün Dağlıq Qarabağ və ətraf yeddi rayonun - ərazisinin 20 faizinin işğal altında qalmasını və Ermənistana dəhliz kimi istifadə olunmasını qəbul edə bilməz. BMT Təhlükəsizlik Şurasının erməni qoşunlarının Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri icra edilməlidir. Biz heç nə baş verməmiş kimi davranmağa davam edə bilmərik. Bu qətnamələr Ermənistana görə icra edilmir və azərbaycanlıların narazılığı bizi təəccübləndirməməlidir. Düzdür, Suriyada və ya İraqda baş verənlərlə müqaisədə bu münaqişə başqalarından daha az əhəmiyyətli görünə bilər. Lakin bu münaqişə nəzarətdən çıxmaq üzrədir və insan itkiləri həddindən artıq çoxdur. Biz həll yolu tapmalıyıq”.
-
İnanc04:44
Qüdsdə Müqəddəs Od: Möcüzəni görmək üçün izdiham yaşandı - FOTO/VİDEO
-
Magazin101:41
Namiq Qaraçuxurlu: “Ayrılığı çətin keçirirəm”
-
İdman01:11
Ronaldo het-trik etdi - VİDEO
-
Magazin100:15
Elzanın oğlu əsəbiləşib məclisi tərk etdi - FOTO
-
Magazin24 May 23:48
“Əsgərlər” serialının aktrisası VƏFAT ETDİ
-
Sosial4 May 21:10
“Green card” müraciətlərinin nəticələri AÇIQLANDI - YENİLƏNDİ
-
Magazin14 May 20:36
“Toppuş bacı”nın həyat yoldaşı yenidən ailə qurur? - FOTO
-
Art4 May 20:00
"Sehirli xalat"ın "Zərifə" və "Eldar"ı 60 il sonra - VİDEO